Hüseynov Şahlar İsa oğlu () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı 26 noyabr 1968-ci il Ermənistan SSR-in Hrazdan rayonunun Misxana (Hankavan) kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986–1988-ci illərdə Moskvada hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Gəncə şəhəri 27 saylı texniki–peşə məktəbini bitirərək Alüminium zavoduna çilingər işləməyə başlamışdır.

Döyüşlərdə iştirakı Şahlar erməni vəhşilərinin 1992-ci il 25–26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. Döyüş dostları deyirdilər ki, Şahlar Hüseynov xüsusən Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşmudur, düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv etmişdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. thumb|Şəhidin qəbir üstü Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. thumb|Gəncə şəhərində adını daşıdığı küçədəki barelyefi Gəncə şəhərində adına küçə var.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 127.

Kateqoriya:Çilingərlər Kateqoriya:Dərəçiçək mahalında doğulanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları