Həsənxanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əfətli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. 1994-cü ildə əks-hücuma keçən Azərbaycan Ordusu kəndi işğaldan azad ediblər.
Toponomiyası Kənd Ağdam rayonunun Əfətli inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşir. Yaşayış məntəqəsini "həsənxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır"(2, 524). Toponim "həsənxanlı nəslindən olanlar, həsənxanlılar" anlamındadır. Həsənxanlı kənd adı Həsən şəxs adı, xan titulu və -lı mənsubluq bildirən şəkilçinin birləşməsindən yaranıb. Həsən şəxs adı ərəb mənşəli olub, "gözəl, göyçək, yaxşı" mənasını verir.
İqtisadiyyatı Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Ağdam Ağdamın baş planı (2021)
Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Ağdamın Əfətli kənd inzibati ərazi dairəsi