Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.1993-cü il avqust ayının 15-də Daşbaşı faciəsi baş vermişdir.Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il avqustun 15-də erməni silahlı birləşmələri Daşbaşı postunu ələ keçirib. "Media.az" saytı "Modern.az"-a istinadən xəbər verir ki, döyüşlər zamanı 23 azərbaycanlı hərbi qulluqçusu həlak olub və hadisələr zamanı onların meyitləri təhqir edilərək tanınmaz hala salınmışdır.

Toponimikası Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır.

Tarixi

Tarixi abidələri Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4350MəbədQeyd olunmayıbDaşbaşı kəndiMemarlıqYerli

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

7. https://media.az/society/segodnya-den-pamyati-23-shehidov-pogibshih-na-postu-dashbashi-foto↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Arakül kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri