Səfvət bəy Həsən bəy oğlu Məlikov (mühacirətdə: Safvet Melik Zerdabi; ) — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Məlikovlar ailəsinin üzvü olan Səfvət bəy Həsən bəy Zərdabinin oğludur.
Həyatı Səfvət bəy Həsən bəy oğlu Məlikov köhnə təqvimlə 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.Məlik-Zərdabi (Məlikzadə, Məlikov) Səfvət bəy Həsən bəy oğlu // M. Mərdanov, Ə. Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 5 M. Bakı: Təhsil, 2021, səh. 325 1915-ci ildən fasilələrlə xaricdə yaşamış və nəhayət, 1927-ci ildə davamlı olaraq Türkiyəyə yerləşmişdir. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-cı ildə vəfat etmişdir. Səfvət bəyin məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığında yerləşir.
Təhsili thumb|324x324px|Azərbaycan Nümayəndə Heyəti tərkibində Səfvət bəy (soldan 1-ci) Parisdə, 1919-cu il O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımcıq qoyub Bakıya geri dönməyə məcbur olur. Buraya gəldikdən sonra cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy Səfvət bəyin yeznəsi idi və Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür. 1919-cu il martın 9-da Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səfvət bəy Parisə yola düşməmiş, İstanbulda konsulluqda çalışmışdır. Anası ilə yazışmalarından bəlli olur ki, Səfvət bəy AXC-nin xaricə təqaüdlə oxumağa göndərdiyi 100 tələbədən biri olmağa çalışmış, lakin konsulluqda çalışdığına görə bu mümkün olmamışdır. Hənifə xanım Məlikzadə Zərdabinin 16 avqust 1919-cu ildə Azərbaycan Respublikasının maarif nazirinə bu ərizə ilə müraciət etmişdir:
Anası Hənifə xanımın 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə yazdığı məktubdab məlum olur ki, Səfvət bəy 1921-ci ildə də İstanbulda olmuşdur. Hənifə xanım dövlətdən oğluna təhsil alması üçün yardım edilməsini istəmişdir. Bakıya geri dönən Səfvət bəy 1923-cü ilə qədər burada qalır. Səfvət bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi. Səfvət bəy 1921-ci il fevral ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadənin adına aşağıdakı məktubu göndərmişdir:
Səfvət Məlikovun məktubu Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1921-ci il 1 mart tarixli iclasında müzakirə olunmuşdur. İclasın qərarında qeyd edilmişdir:
Qərarı Dadaş Bünyadzadə imzalamışdır.
1923-cü ildə onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir.
Mühacirətdə 1927-ci ildə Türkiyəyə gəlir və Əlimərdan bəy Topçubaşovun qohumu olmasına, Azərbaycanda Həsən bəy Zərdabiyə qarşı münasibətin hələ tam bilinməməsinə görə Azərbaycana dönməmiş və burada qalmaq qərarına gəlir.
Səfvət bəy Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olmuş, Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak etmişdir. Onun Türkiyə Memarlar Muzeyində fotosu vardır.
Səfvət bəy həm də Azərbaycanın mühacirət mətbuatının yazarlarından biri olmuş və atasının yolunun davam etdirib, publisist olmuşdur. Tarixçi Akif Aşırlı Səfvət bəyin 10 məqaləsini tapa bilmişdir. Məlum olmuşdur ki, Səfvət bəy hətta "Mücahid" dərgisində bir müddət redaktor kimi çalışmışdır.
Səfvət bəy "Milliyyətçi Azərbaycan Dərnəyi"nin qurucularından biri olmuşdur.
1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənə görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Lakin o, daha dönmək istəmədiyini bildirmişdir.
Azərbaycan SSR-nın mədəniyyət naziri olan və Həsən bəy Zərdabinin nəvəsi olan Rauf Hacıyev Maestro Niyazi Türkiyəyə səfərə gedərkən Səfvətlə onun vasitəsilə əlaqə saxlamış və Səfvət Rauf Hacıyevin oğlu olan məşhur rejissor Fuad Hacıyevin yeni doğulmuş qızına hədiyyələr göndərmişdir. Fuad Hacıyevin bildirdiyinə görə, Rauf Hacıyevlə Səfvət Məlik-Zərdabinin əlaqələri davamlı olmuşdur:
Fuad Hacıyevin Səfvət bəyin baldızı ilə görüşməsindən aydın olur ki, Səfvət bəy Ankarada yaşamış və orada da dəfn edilmişdir. Fuad Hacıyev onun və həyat yoldaşı Nəzihə xanımın məzarlarını aşkar etmiş və ziyarət etmişdir. Məzarı Ankaranın Qarşıyaxa məzarlığındadır. Həyat yoldaşı Nəfisə xanımın məzarı ilə qoşadır. Qəbrin üzərində "Azərbaycan əşraflarından olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi. Ruhuna fatihə. 1898–1976" yazılıb.
Həmçinin bax Məlikovlar
İstinadlar
Kateqoriya:Məlikovlar