Ağabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 15..

Din Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az.

İstinadlar

Kateqoriya:Ağsu rayonunun kəndləri