Araxna ( — hörümçək deməkdir) — yunan mifologiyasındaМифы народов мира. М., 1991–92. В 2 т. Т.1. С.98; Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.143–144 boyaqçı Lidiya şəhərindən olan İdmonun qızı, sənətkarı toxucu.

Rəvayətə görə Afinadan toxuma və tikmə öyrənmiş Araxna özünü öyərək bunun heç də belə olmadığını söyləyir və ilahə Afinanı yarışa çağırır. İlahə Afina ona bu ağılsız hərəkətdən çəkinməyi təklif edir. lakin Araxna inadından dönmür. Yarış baş tutur: Afina tikməsində Poseydon üzərindəki qələbəsini, Araxna isə tikməsində Zevsin əməllərinə aid bir səhnəni həkk etdirir. Afina Araxnanın işini qiymətləndirsə də tikmədə təsvir olunmuş səhnənin tanrılara qarşı hörmətsizlik kimi qiymətləndirərək, fıstıq çubuğu ilə onun təpəsinə vurur. Bədbəxt Araxna bu alçatmağa dözməyərək özünü asır. Afina onu ilgəkdən azad edərək deyir:

- Yaşa, amma sən ömürüboyu asılaraq toxuyacaqsan və bu cəzanı bütün nəslin çəkəcək.

Afina sehrli ot şirəsini Araxnaya sürtür, dərhal onun bədəni büzülərək hörümçəyə çevrilmiş olur. O gündən Araxna öz torundan asılaraq gecə-gündüz toxuyur.

İstinadlar

Mənbə Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А. О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Özünü asaraq intihar edənlər Kateqoriya:Qədim yunan mifologiyasında qadın Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Mifoloji bədheybətlər