Gevork Əcəmyan (; ) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri.
1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur.
ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır.
1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi. Birinci Erməni Konqresinin təşkilat komitəsinin üzvü olmuşdur.
1998-ci ildə Parisdə vəfat etmişdir.
Həmçinin bax Erməni terrorizmi ASALA
İstinadlar
Xarici keçidlər Ачемян, Геворк
Kateqoriya:Terrorçular Kateqoriya:Livan yazıçıları