200px|thumb|right|Romanın azərbaycanca nəşrinin üz qabığı Cinayət və cəza () — Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və 1867 illərindəКарякин (1976), 216 12 ay ərzində aylıq Rus Xəbərçi () ədəbi jurnalında hissələrlə nəşr olunurdu.University of Minnesota – Study notes for Crime and Punishment – (retrieved on 1 May 2006) Bu Dostoyevskinin Sibir sürgündən sonra yazdığı ikinci romandır. Cinayət və cəza onun "yetkin" dövrün birinci romanı sayılır.Frank (1995), 96

Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonra sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük. "Cinayət və cəza" romanı Dostoyevskinin beş böyük romanından birincisidir. Bundan sonra yazıçı özünün məşhur "İdiot", "Şeytanlar", "Yeniyetmə" və "Karamazov qardaşları" romanlarını yazmışdır. "Cinayət və cəza" romanı Dostoyevski yaradıcılığında yeni mərhələnin başlanğıcıdır. Məlumdur ki, dahi söz ustası öz yaradıcılığını 40-cı illərdə "kiçik insan" haqqında yazmış olduğu əsərlərlə başlamışdı. "Yoxsul insanlar", "Oxşar", "Cənab Proxarçin", "Bəyaz gecələr" və nəhayət, 60-cı illərin əvvəlində yazdığı "Alçaldılmış və təhqir edilmiş insanlar" məhz bu mövzuya, yəni "kiçik insanlar"ın maddi və mənəvi işgəncələrinin təsvirinə həsr edilmişdi. 60-cı illərdə isə Dostoyevski sosial-psixoloji mövzudan ideal-mənəvi mövzuya keçmiş və insan xarakterini, onun aqibətini və şəxsiyyətini təyin edən ideoloji və mənəvi məqamların bədii təhlilinə üz tutmuşdu. Odur ki, Dostoyevskinin 60-cı illərdə yazılmış romanlarını tədqiqatçılar yeni roman növü kimi qeyd edir, onu "ideoloji roman", "polifonik roman" və s. adlandırırlar. Bu yeni roman növünün mahiyyəti ondan ibarətdir ki, burada insane xarakteri, insan şəxsiyyəti sadəcə olaraq realistcəsinə, ictimai, sosial mühitin məhsulu kimi təsvir olunmur. Burada insan daha mürəkkəb, daha ziddiyyətli bir varlıq kimi, ilk növbədə, özü öz müqəddəratını həll etməyə çalışan ruhi varlıq kimi təsvir olunur. Dostoyevski öz realizminin əsas vəzifəsini "insana insanı tapmaq" vəzifəsi kimi təyin edir. Bu, o deməkdir ki, insan göründüyündən, onun özü haqqında və başqalarının onun haqqında düşündüklərindən daha mürəkkəb, daha sirli bir məxluqdur. İnsan ruhunun ənginliklərinə dalmaq, onun özünün də xəbəri olmayan daxili sirlərini açmaq üçün Dostoyevski öz qəhrəmanlarını müstəsna qəza vəziyyətinə salır və bu vəziyyətdə onların xarakterlərinin gizli tərəflərinin açılmasına nail olur.

Yaradılması Dostoyevski Cinayət və cəza romanın üzərində 1865-ci ilun avqust ayında işləməyə başladı. Bu vaxt o, pulları kazinoda uduzub, pulsuzluqdan özünə normal yemək ala bilmirdi. Dostoyevskinin kreditorlara böyük borcu var idi və bundan əlavə o, 1864-cü ildə vəfat edən qardaşı Mixailin ailəsinə kömək etməyə çalışırdı. Əvvəldən bu layihənin adı Sərxoşlar idiYousef, About Crime and Punishment * Fanger (2006), 17–18 və orada Rodion Raskolnikov kimi personaj mövcud deyildi. Bu personajı yaratmağa Dostoyevskini Pyer Fransua Lasener cinayət işi ilham etdi.

Dostoyevski öz novellasını (o vaxt o, bu əsəri hələ roman kimi yazmırdıFrank, 170* Peace (2005), 8* Simmons (2007), 131) Rus Xəbərçi adlı jurnalın nəşriyyatçısı olan Mixail Kotova təqdim etdi. Bu jurnalda İvan Turgenyev və Lev Tolstoy kimi yazıçıların əsərləri çap olunmuşdu. Amma Dostoyevski ilə Kotovun münasibətlərində erkən 1860-cı illərdən bəri problem var idi və buna görə Dostoyevskinin əsərləri bundan əvvəl həmin jurnalda heç vaxt çap olunmamışdı. Amma o vaxt olduğu şəraitinə və digər nəşriyyatçılar onun işini çap etməyə imtina etdiyinə görə, Dostoyevskinin getmək üçün Katkovun jurnalından başqa bir yer qalmadı. Oraya gedib o, jurnaldan peşin istədi.Frank (1994), 168 1865-ci ilin Dostoyevskinin Katkovuna məktubunda ona izah edirdi ki, yazdığı iş "bəzi qəribə "qurtarmamış" fikirlər" təsirin altında olan və "hələ də göylərdə uçan" cavan adam haqqında olmalı idi;Miller (2007), 58* Peace (2008), 8 beləliklə o, "radikalizm" ideologiyanın əxlaqını və psixoloji təhlükəsini tədqiq etmə planını yetirməyə başladı.Frank (1994), 179 1865-ci ilin noyabrında yazdığı məktublarında isə, vacib bir konseptual dəyişiklik üzə çıxır: "hekayə" "roman" olub və bu vaxtdan bəri Cinayət və cəza ancaq roman kimi qeyd olunurdu.Miller (2007), 58–59

Dostoyevski eyni zamanda Cinayət və cəza və Qumarbaz romanları yerinə yetirmək üçün tələsməli idi. Bu ağır işini eləməyə ona stenoqrafist, Anna Snitkina kömək edirdi. Tezliklə o, Dostoyevskinin ikinci həyat yoldaşı olmuşdu.Frank (1995), 39* Peace (2005), 8 Cinayət və cəza romanın birinci hissəsi Rus Xəbərçi jurnalının 1866-cı ilin yanvar buraxılışda üzə çıxdı, sonuncu hissəsi isə həmin ilin dekabrında.Simmons (2007), 131

Sovet İttifaqında çap olunmuş Dostoyevski yazıların tam nəşrində, redaktorlar müəllifin Cinayət və cəza üstündə işlədiyi vaxt apardığı qeyd dəftərlərini kompozisiyanın müəyyən mərhələləri ilə təxminən uyğun olan ardıcıllıqla yığıb çap etdilər. Buna görə romanın əvvəlcə yazılması nəzərdə tutulan qaralama variantı və bundan əlavə mətnin daha iki versiyası günümüzə qədər gəlib çatmışdır. Bu versiyalar Visbaden nəşri, Peterburq nəşri və son plan kimi tanınırlar. Onlarda Dostoyevskinin birinci şəxsdən anlatmadan üçüncü şəxsdən anlatmaya keçidini müşahidə etmək olar.Dostoyevsky initially considered four first-person plans: a memoir written by Raskolnikov, his confession recorded eight days after the murder, his diary begun five days after the murder, and a mixed form in which the first half was in the form of a memoir, and the second half in the form of a diary (Rosenshield , 399). Visbaden nəşri əsasən qətldən sonra qəhrəmanın mənəvi və fiziki reaksiyasına həsr edilmişdir. Orada yazılanlar Dostoyevskinin Katkova yazdığı məktubda izah etdiyi süjet xətti ilə, gündəlik üslubda yazılan hissələr isə kitabın ikinci hissəsi ilə təxminən uyğunlaşır.Carabine (2000), x* Frank (1994), 170–172* Frank (1995), 80

Dostoyevskinin əvvəl versiyasının yandırılmasının səbəbi hələ də sual altında olan bir məsələdir. Cosef Frankın fikirinə görə "bir ehtimal odur ki, protaqonist əvvəlki təsəvvürdə olan sərhədlərdən geri inkişaf etmiş".Frank (1994), 174 Dostoyevskinin dəftərləri Frankın yazdığına görə göstərirlər ki o, Raskolnikov personajın yeni cəhətlərin məzmunun davamı ərzində yaranmasının lazımlığını başa düşürdü, və romanı "metamorfozla" uyğunluqda strukturlaşdırılmış.Frank (1994), 177 Beləliklə, Dostoyevski yazdığı hekayəni əvvəldən işlədiyi Sərhoşlar adlı layihədən olan fikirlərlə qarışdırdı.Frank (1994), 175 Cinayət və cəza romanın sonuncu versiyası 1865-ci ilin noyabr ayında, Dostoyevski onu üçüncü şəxsdən yazmağa gərar verəndə, yaranmağa başladı. Bu dəyişiklik romanın yazılmağın erkən etapların ərzində mövcud olan uzun mübarizənin kulminasiyası idi.Frank (1994), 179–180, 182 Belə yazma üslubu istifadə etməyə qərar verərkən, Dostoyevski hər şeyi əvvəldən yazmağa başlayıb və beləliklə erkən manuskriptlərin hissələri rahatca son mətnə əlavə edə bildi - Frank yazırdı ki o, Vrangelə anlatdığı kimi bundan əvvəl yazdığı hər şeyi yandırmadı.Frank (1994), 170, 179–180, 184* Frank(1995), 93* Miller (2007), 58–59

Məzmunu

Əsərin baş qəhrəmanı Rodion Raskolnikovdur. Bu insanın düşüncəsində cinayət nəzəriyyəsi doğulur. Onun nəzəriyəsinə əsasən, bəşəriyyət iki hissəyə bölünür: qeyri-adilər və adilər. Raskolnikovun fikrincə, qeyri-adilər xoşbəxt gələcəyə xatir onlara mane olan insanları öldürə bilərlər.

Raskolnikov və ailəsi (anası və bacısı) çox kasıbdır. O, universitetdə təhsil xərclərini ödəyə bilmir. Universitetdən qovulur, kirayə haqqı verə bilmədiyi üçün ev sahibindən gizlənir.

Raskolnikov xəbər tutur ki, bacısı Avdotya Romanovna ailəyə yardım üçün sevmədiyi varlı bir adama ərə getməyi planlaşdırır. O borc almaq bəhanəsi ilə aradüzəldən qarının evinə gedir. Qızıl saatını girov qoyub evi diqqətlə nəzərdən keçirir. Geri qayıdanda pivəxanada Semyon Zaxaroviç Marmeladovla tanış olur. Marmeladovun arvadı Katerina İvanovnanın birinci nikahdan 3 uşağı vardı. Onun birinci əyyaş əri ölüb və Marmeladova ərə gedib. Marmeladovun birinci nikahdan Sonya adlı qızı var. Sonya fahişəlik edib pul qazanır. Bu pullar ailənin qarnına və atası üçün içkiyə xərclənir. Raskolnikov Marmeladovu evinə ötürəndə pəncərənin ağzına pul qoyur.

Raskolnikov evə çatanda anasından məktub alır. Anası pul göndərə bilmədiyi üçün təəssüfünü bildirir. Yazır ki, qızı Dunya qulluqçu işlədiyi evdə böhtanla üzləşib. Ağa Svidriqaylov onunla yaxınlığa can atdığı üçün arvadı Marfa Petrovna qızı oğurluqda şərləyib. Dunya yalnız ailəni dolandırmaq üçün Lujinlə nişanlanır.

Raskolnikov küçədə sərxoş qızla rastlaşır. Onu evinə yola salıb dostu Razumixinin yanına gedir. Xəbər tutur ki, anası və bacısı Sankt-Peterburqa gəlirlər. Raskolnikov sarsıntı keçirir. Dəhşətli yuxular onu rahat buraxmır. Özünü öldürmək barədə də düşünür. O, yoldan ötərkən araba birini vurur. Raskolnikov onun Marmeladov olduğunu görür. Raskolnikov bacısına çox yalvarır ki, Lujinə ərə getməsin. Bu arada dostu Razumixin Dunyaya vurulur. Marfa, Svidriqaylovun arvadı ölür. Olsun ki əri döyərək onu öldürür. Raskolnikov öz ev sahibəsinin artıq dünyasını dəyişmiş dindar qızını xatırlayır. O həmin qızla evlənmək istəyirdi. Sonya gəlir, anasından dəfn mərasiminə dəvətnamə gətirir. Raskolnikov bütün cinayətləri siyasi quruluşla əlaqələndirən sosialistlərlə razılaşmır. Müstəntiq Porfiri Raskolnikova məqaləsini xatırladır. Məqalədə bütün insanlar iki qrupa bölünür: qeyri-adilər, məsələn, Napoleon, Məhəmməd peyğəmbər. Əsərdə yazılır ki, onlar yeni qanunlara qarşı çıxanları öldürürlər. Nyutonun da qarşısına çıxan olsaydı, öldürərdi. Adi adamlar isə say artırırlar. Məqsədin böyüklüyü qətlə bəraət qazandırır...