Nazim Nəzir oğlu Əlicanov (26 iyul 1970; Qax, Azərbaycan SSR) — 1991-1995-ci və 2000-2011-ci illərdə Azərbaycanı, 1996-1999-cu illərdə isə Moldovanı təmsil edən sərbəst güləşçi. 2002-ci il Avropa Çempionatının qalibi.
Həyatı Nazim Nəzir oğlu Əlicanov 1970-ci il iyulun 26-da Qax şəhərində anadan olub. 1977-1984-cü illərdə Qax şəhər 3 nömrəli orta mətəbdə, 1984-1987-ci illərdə isə İdman Təmayüllü İnternat Mətəbində təmsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutundan, 2002-ci ildə isə "Təfəkkür" Universitetindən məzun olub. 1991-1996-cı illərdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının sıralarında hərbi xidmətdə olub.
Ailəlidir. 2 övladı var.
Karyerası Məşqçi fəaliyyəti Nazim Əlicanov 2007-2009-cu illərdə qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentı tərəfindən "Tərəqqi" medalı və 2008-ci ildə isə Fəxri diplomla təltif olunmuşdur.2010-cu ilin dekabr ayında ona Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" Fəxri adı verilmişdir. Hal-hazırda sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü və Beynəlxalq dərəcəli idman ustasıdır. Ailəlidir. İki övladı var.
Nəticələri SıraİlYarışEv sahibiNəticə11988Gənclərin Dünya Çempionatı Avstriya3.21994Avropa Çempionatı İtaliya5.31994Dünya Çempionatı Türkiyə11.41995Dünya Çempionatı ABŞ18.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Moldovanın sərbəst güləşçiləri Kateqoriya:Moldovanın olimpiya güləşçiləri Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:Təfəkkür Universitetinin məzunları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:SSRİ güləşçiləri Kateqoriya:Moldova azərbaycanlıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər