Elif Şafak (; ) — türk əsilli romançı.

1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub.

Həyatı Atasının o dövrdə həkimlik etdiyi Strasburqda dünyaya gəlib. Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb.

Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb.

2017-ci ilin oktyabrında biseksual olduğunu açıqlayıb.

13 oktyabr 2020-ci ildə öz tvitter hesabında Erməni terrorist qruplaşmalarına etdiyi dəstək ifadəsinə görə Azərbaycandakı oxucularını itirmişdir.

Kitabları Kəm gözlərə Anadolu (Kem Gözlere Anadolu), 96s, 1994, Evrensel. Pünhan (Pinhan), 224 s., 1997, Metis. Şəhərin aynaları (Şehrin Aynaları), 280 s., 1999, Metis. Məhrəm (Mahrem), 216 s., 2000, Metis. Bit Palas (Bit Palas), 361 s., 2002, Metis. Əraf (Araf]) (The Saint of Incipient Insanities çevirisi), 352 s., 2004, Metis. Beşpeşə (Beşpeşe), 680 s., 2004, Metis. Məd Cəzir (Med Cezir), 254 s., 2005, Metis. Ata və bic (Baba ve Piç) (The Bastard of Istanbul çevirisi), 384 s., 2006, Metis. Qara süd (Siyah Süt), 303 s., 2007, Doğan Kitap. Eşq (Aşk), 420 s., 2009, Doğan Kitap. Kağız halva (Kâğıt Helva), 156 s., 2010, Doğan Kitap. Fəraripərəst (Firarperest), 232 s., 2010, Doğan Kitap. İsgəndər (İskender), 448 s., 2011, Doğan Kitab.

Xarici keçidlər

Əlif Şəfəqin rəsmi veb saytı Elif Şafak web sitesi Elif Şafak’ın Hayatı TED Konuşması: Kurgunun Politikası Əlif Şəfəq ədəbiyyat, siyasət və yazıçı məsuliyyəti haqda

Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türk yazıçılar Kateqoriya:Strasburqda doğulanlar Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XXI əsr Türkiyə qadınları Kateqoriya:Türk feministlər Kateqoriya:Arizona Universitetinin müəllimləri Kateqoriya:Miçiqan Universitetinin müəllimləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Türkiyə akademikləri Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Biseksual yazıçılar