Zaha Hadid (; ) — İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olmuşdur.
Həyatı Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor olmuşdur.
Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983-cü il) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir. 2002-ci ildə Hadid Sinqapurun şimali baş planını layihələşdirmək üçün beynəlxalq layihə yarışını uddu. 2005-ci ildə, onun layihəsi Bazelin, İsveçrənin yeni şəhər kazinoları üçün yarışın qalibi oldu. 2004-cü ildə isə Hadid Pritzker Memarlıq mükafatını alan birinci qadın memar oldu. Britaniya Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. O 2006-cı ildə Beyrutun Amerikan Universitetindən fəxri elmi dərəcəsini almışdır.
Hadid Azərbaycanda da layihə gerçəkləndirmişdir. Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynı ona məxsusdur. O,2014-cü ildə Heydər Əliyev mərkəzinin dizaynına görə London muzeyinin mükafatına layiq görülüb.
O, Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilmiş və akademik Mikayıl Hüseynov adına medalla təltif olunmuşdur.
Zaha Hadid 31 mart 2016-cı ildə Mayamidə xəstəxanalardan birində bronxit xəstəliyindən müalicə alan zamanı ürək tutmasından vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Prezidenti İlham Əliyev məşhur memar xanım Zaha Hadidi qəbul etmişdir
Kateqoriya:Britaniya memarları Kateqoriya:Pritsker mükafatı laureatları Kateqoriya:Qadın memarlar Kateqoriya:XXI əsr memarları Kateqoriya:Qadın heykəltaraşlar Kateqoriya:XX əsr memarları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:İraq müsəlmanları Kateqoriya:Yel Universitetinin müəllimləri