Mehdixan Kəlbəcərli – şair.

Həyatı Mehdixan Kəlbəcərli (Həmid oğlu İbrahimov) 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. Orta məktəbin 7 ilini həmin kənddə, qalan 3 ilini isə rayon məktəbində oxuyub. 1965-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olub, 1969-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1969-cu ildən 1993-cü ilin aprel ayına qədər öz doğma kəndi olan Zardakı orta məktəbdə ixtisas müəllimi, daha sonra isə bir müddət həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 1993-cü ildən bəri məcburi köçkün kimi Bakı şəhərində məskunlaşan el şairi müəllimlik peşəsində çalışmaqla yaradıcılığını uğurla davam etdirir.

Mənbə Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.119-132

Xarici keçidlər http://butov.az/news/el_sai_ri_mehdi_xan_k_lb_c_rli/2010-05-05-179

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Kəlbəcər rayonunda doğulanlar