Le Korbuzye (; əsl adı Şarl-Eduar Jannere-Qri (; ) — İsveçrəli memar. Yeni müasir memarlığın liderlərindən və memarlıqda rasionalizmin yaradıcılarından biri.

İnşaatın sənayeləşdirilməsi ideyası Le Korbuzyeyə məxsusdur.O, yeni material və konstruksiyalardan istifadə etmiş, memarlıq təcrübəsinə lentvari- üfüqi pəncələr,yastı dam-bağ, dayaq sütunlar üzərində ucaldılmış bina və s kimi yeniliklər gətirmişdir. Korbuzyenin yaradıcılığında şəhərsalma problemləri böyük yer tutur. Onun 3 milyon əhali üçün nəzərdə tutduğu müasir şəhərin layihə-dioramasında (1922), Parisin mərkəzinin yenidənqurma planında ("Plan Buazen",1925), Hindistanın Çandiqarx şəhərinin inşasında, Buenos Ayres, Əlcəzair və s şəhərlərini planlaşdırılmasında yeni urbanizm təmayülləri özünü göstərir.

İstinadlar

Kateqoriya:Fransa memarları Kateqoriya:İsveçrə memarları Kateqoriya:İsveçrədə doğulanlar Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:Modern memarlıq