Yuxarı Zağalı (indiki adı: Axpradzor) — İrəvan quberniyasının Göyçə mahalında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.

Tarixi Rayon mərkəzindən 15 km cənub-qərbdə, Göyçə gölünün yaxınlğında Dik Pilləkən dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.94 qeyd edilmişdir. Kənd həm də Tatar (Azərbaycanlı) Zağalısı adlandırılmışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26. Kənddən 1 km şərqdə qədim bir kəndin xarabalıqları indi də durur. Eyni zamanda Oğuz qəbiristanlığının qalıqları, albanlara məxsus xaç heykəlləri vardır.

Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il fərmanı ilə kənd ermənicə Axpradzor adlandırılmışdır.

Toponimikası Toponim Azərbaycan dilində "mağara" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin əlavəsi ilə düzəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Toponimin əvvəllindəki işlənən "Yuxarı" sözü fərqləndirici əlamət bildirir.

Yuxarı Zağalı kəndi Taşir Zağalısı və Qızılxaraba da adlanmışdır. Zağalı kəndindən Aşağı Zağalı məntəqəsi yarandıqdan sonra Yuxarı Zağalı adlanmışdır. Kəndin adı zağa, mağara, kaha, sığınacaq adını əks etdirir.

Əhalisi Kənddə 1831-ci ildə 98 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 717 nəfər, 1897-ci ildə 774 nəfər, 1908-ci ildə 917 nəfər, 1914-cü ildə 1018 nəfər, 1916-cı ildə 922 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 110–111. 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlarИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249. İndiki Ermənistanda (Qərbi Azərbaycanda) 1920-ci ildə Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildən sonra Türkiyənin Muş bölgəsindən köçürülən ermənilər Yuxarı Zağalı kəndində yerləşdirilmişdirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27. Ermənilərlə yanaşı 1926-cı ildə burada 185 nəfər, 1931-ci ildə 206 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27,110–111.

Onu da qeyd edək ki, "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" kitabındaHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.121 göstərilir ki, 1831–1908-ci illərdə Yuxarı Zağalı kəndində yalnız ermənilər yaşamışdır. Halbuki 1831, 1873, 1886, 1897, 1914, 1916, 1922-ci illərdə (əhalinin siyahıya alınmasına görə) burada yalnız azərbaycanlılar yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113. Ermənilər buraya, yuxarıda dəyildiyi kimi, 1922-ci ildən sonra köçürülmüşdür.

Yuxarı Zağalı kəndində qarışıq (azərbaycanlılar və ermənilər) şəkildə 1970-ci ildə 629, 1979-cu ildə 534 nəfər əhali olmuşdurHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.121. Bu əhalinin 30 faizdən çoxunu azərbaycanlılar təşkil etmişdir. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlarla doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.Том Де Ваал. "Черный сад". Приложение Arxivləşdirilib 2014-04-13 at the Wayback Machine Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine

Köçürülənlər

1949-cu il Ellazov Cavad Səmənd oğlu — Füzuli Sabiroğlunun Babası (Sənəddə səhv yazılaraq Elyazov Cavad Xıdır oğlu yazılıb) Ellazova Zərnişan — sənəddə səhv yazılaraq Ellazova Gülşən yazılıb. Ellazova Səmayə Cavad qızı Ellazov İsə Cavad oğlu Ellazov Qərib Cavad oğlu Ellazova Həvayət Cavad oğlu Ellazov Sabir Cavad oğlu Ellazov Sədir Cavad oğlu Ellazov Valeh Cavad oğlu

1988-ci il Cabbarov Mikayıl İsa oğlu Cabbarov Müşfiq Mikayıl oğlu Cabbarov Mürsəl Mikayıl oğlu Cabbarov Vüqar Mikayıl oğlu

Tanınmışları Yunus Məmmədli (d.20.01.1940. Göyçə) – türkoloq alim, professor. Vəliyev Sabir Yadigar oğlu — Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, "Əməkdar Kənd Təsərrüfatı işçisi" (2008) Qafarov İsa Cabbar oğlu — Böyük Vətən müharibəsi iştirakçısı.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri