Avropada adi silahlı qüvvələr haqqında MüqaviləAvropada adi silahlı qüvvələr haqqında Müqavilənin iştirakçısı olan dövlətlər arasında 1996-cı il mayın 31-də razılaşdırılmış Sənədə qoşulmaq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU . Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 16 may 1997-ci il. № 295-IQ. (AASQHM) — Avropada adi silahların məhdudlaşdırılması müqaviləsi.
"Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya etsə də, müqaviləyə əməl etməmişdir. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dəki iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq etmişdir.
Latviya, Litva və Estoniya isə ümumiyyətlə, AASMM-ə qoşulmayacaqlarını bəyan etdilər.
AASMM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər.
Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi.
Azərbaycan AASMM-i imzaladı və proses ratifikasiya mərhələsinə qədər yüksəldi. Lakin Dağlıq Qarabağ münaqişəsi və ərazilərinin bir hissəsinin erməni işğalında olması ilə əlaqədar rəsmi Bakı müdafiə potensialı ilə bahəm, döyüş hazırlığı səviyyəsini sürəkli olaraq yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığından, bununla bağlı üzv dövlətlərə, sonra da NATO-ya dəfələrlə müraciət etmişdir.
İstinadlar Müharibə şərtləri erməniləri qorxudur: Bakı "ölü müqavilə"yə əməl edən deyil
Kateqoriya:Müqavilələr Kateqoriya:19 noyabrdakı hadisələr Kateqoriya:1990-cı ildəki hadisələr Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Perestroyka Kateqoriya:Moldovanın müqavilələri Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Almaniyanın müqavilələri Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Belarusun müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Bolqarıstanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Çexoslovakiyanın müqavilələri Kateqoriya:Çexiyanın müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Ermənistanın müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Gürcüstanın müqavilələri Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:İslandiyanın müqavilələri Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Qazaxıstanın müqavilələri Kateqoriya:Macarıstanın müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Portuqaliyanın müqavilələri Kateqoriya:Rumıniyanın müqavilələri Kateqoriya:Slovakiyanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Ukraynanın müqavilələri Kateqoriya:Yunanıstanın müqavilələri Kateqoriya:ABŞ–SSRİ münasibətləri
Kateqoriya:Rusiyanın çoxtərəfli münasibətləri