Mamma Mia! — Fillida Lloydun rejissorluğu ilə 2008-ci ildə çəkilmiş musiqili film.
Film haqqında Filmin çəkilişləri Londonda və Yunanıstanda aparılıb. Film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır. Film indiyədək teatr və televiziya tamaşaları üzərində çalışmış Fillida Lloydun böyük kinoda debütü idi. Ssenarini orijinal müziklin müəlliflərindən olan Katrin Conson yazmışdı. Filmin Stokholmda baş tutan premyerasına əfsanəvi kvartet üzvlərinin hər biri — Anni-Frid Linqstad, Aqneta Faltskoq, Benni Andersson və Byorn Ulveus da təşrif buyurmuşdular. Meril Strip hələ məktəb illərində mahnı oxumağı arzuladığı üçün təklifi düşünmədən qəbul edib. "ABBA" mahnılarının atmosferinə düşmək onun üçün ikinci gəncliyini yaşamaq demək idi. Filmin müzikldan yeganə fərqi "ABBA" mahnılarının sayıdır. Müziklda 22, filmdə isə 19 mahnı səslənib. Filmin 2 versiyası çəkilmişdi. Bunlardan 1-də müzikl aktyorları, digərində isə kino ulduzları iştirak etmişdilər.
Xarici keçidlər Film haqqında
Kateqoriya:2008-ci ilin ABŞ filmləri Kateqoriya:İngiltərə filmləri Kateqoriya:Qızıl Moruq Mükafatı qazanan filmlər Kateqoriya:Yunanıstan haqqında filmlər Kateqoriya:Hoteldə çəkilmiş filmlər Kateqoriya:Yunanca filmlər Kateqoriya:ABŞ-nin musiqili filmləri Kateqoriya:ABŞ-nin musiqili komediya filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:Kaliforniyada çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:Mərakeşdə çəkilən filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Birləşmiş Krallığın komediya filmləri Kateqoriya:Britaniyanın melodram filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Almaniyanın komediya filmləri Kateqoriya:Ana-qız münasibətləri haqqında filmlər Kateqoriya:ABŞ-nin qadın dostluğu filmləri Kateqoriya:Almaniyanın melodram filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:Müzikllərin film uyğunlaşdırmaları Kateqoriya:Adalar haqqında filmlər Kateqoriya:2008-ci ilin rejissor debütləri