() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Şimal-Şərqi Çində yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 40-50 sm-ə çatan seyrək çətirli ağacdır. Gövdəsinin qabığı ağ, bozumtul-ağ, qara və s. rənglərdə olur. Budaqların ucunda vəzilər vardır. Yarpaqları dairəvi üçkünc, ovalşəkilli, ölçüləri 3-9 sm olub, enli pazşəkilli və ya ürəkşəkillidir. Aprel-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-sentyabr aylarında yetişir. Meyvələri qanadcıqdır, eni uzunluğundan 1,5 dəfə böyükdür.
Ekologiyası Rütubətli torpaqlarda yaxşı bitir, xəstəliklərə dözümlüdür.
Azərbaycanda yayılması Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
İstifadəsi Tək əkinlərdə, bataqlıqların qurudulmasında istifadəsi məqsədyönlüdür. Abşeronda yaşıllaşdırmada müxtəlif formaları istifadə olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası