() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.

Ekologiyası İşıqsevən, quraqlığa və soyuğa davamlıdır.

Azərbaycanda yayılması Quba, Nabran, Zaqatala və s. rayonlarda təbii və mədəni şəraitdə becərilir.

İstifadəsi Ağ göyrüşə hər yerdə, meşə və parklarda, avtomobil və dəmiryolları ətrafında rast gəlmək olar. Çox vaxt göyrüşyarpaq ağcaqayınını səhv olaraq “göyrüş” adlandırırlar. Çiçəkləmə dövründə çox dekorativ ağacdır. Tək, qruplarla əkilməsi məsləhətdir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gürcüstan florası Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:Türkiyə florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Fransa florası Kateqoriya:Portuqaliya florası Kateqoriya:İspaniya florası