() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir. İyul-avqust aylarında çiçəkləyir, avqust ayında meyvə verir.
Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənkdağ. - aşağı dağ qurşağından, orta dağ qurşağına kimi.
Yaşayış mühiti Meşələrdə rast gəlinir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İran florası