() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi. Qılınca bənzər yarpaqlarına görə "qılınc" adlandırılır.
Tarixi Bizim eramızdan 300 il əvvəl Yunanlılar bu gülü buğda tarlalarında bitən alaq otu hesab etsələr də, Qədim Romada bu gözəl güllər bütün bağları bəzəyirdi. Bu bitki haqqında ilk məlumat Qədim Roma taxində rast gəlinib. Qədim Romalıların inancına görə, əgər gülün soğancası boyundan amulet kimi asılarsa bu nəinki döyüşdə qalib gəlməyə kömək edər, həttda ölümdən qoruyar. Qladiolusu qida kimi də istifadə ediblər. Qladiolus Romalılarda qladiatorların () gülü hesab olunub.
Coğrafi ərazi Coğrafi baxımdan qladiolus geniş yer əhatə etsədə, bu bitkinin vətəni Afrikanın tropik və subtropik zonası, Aralıq dənizidir. Vəhşi təbiətdə Avrasiyada və Rusiya — Şərqi Sibirdə rast gəlinir. Qladiolus bağbanlıqda XVI əsrin sonunda geniş yer alıb. XVII yüzillikdə Avropaya Cənubi Afrika növləri gətirildikdən sonra daha çox tanınmağa başlayıb.
Botanik xarakteristikası Təbiətdə 200-ə yaxın müxtəlif növ və sinifləri var. Qladiolus budaqlanmayan düz saplağlı bitkidir. Bir soğanaqdan yalnız bir saplaq bitir. Yarpaq]]ları kökündən, şama bənzər butalar isə saplağın başında bitir. Yarpaqları uzunsov (qılınc) formadadır. Yarpağın uzunluğu ortalama 50–75 sm olur. Gül yatağı fərqli formada olur: birtərəfli, ikitərəfli və spiralvari bitir. Çiçəklənmədən sonra butaların yerində meyvələr əmələ gəlir. Meyvələrin içində toxumlar yetişir. Qəhvəyi rəngə çalan bu toxumlar yumru və oval formadadırlar. Əsasən bu kölların qısa boylu və hibrid növlərinə üstünlük versələrdə, eyni zamanda bağbanlıqda çoxillik vəhşi növləri də yetişdirilir.
Növlər Vəhşi təbiətdə yetişən növlər "Bataqlıq" – () Bu növ Şimali İtaliya, Mərkəzi Avropa və Baltik yarımadasında bataqlıq çəmənlikdə bitir. Nadir hallarda Belarusda rast gəlinir. Qladiolusun hündürlüyü 30–60 sm, saplağı incə və zəif olur. Güllərin uzunluğu 3 sm, gül yatağındakı butaların sayı 5–8 ədəd,rəng çaları tünd bənövşəyidir.
"Bizans"- () Bu növ Aralıq dənizi, ön və Kiçik Asiyada (Türkiyə, Suriya, İran) meşə kənarlarında və çəmənliklərdə bitir. Yay fəslində çiçək açır. Saplağı incə və düzdür, hündürlüyü 60 sm-dək uzanır. Çiçəkləri olduqca böyükdür. Mədəni yetişmiş gülün eni 5- 6 sm, təbiətdə 3-4 sm olur. Rəngi moruq - bənövşəyi rəng çaları var. Ləçəklər boyu mərkəzindən ağ zolaqlar uzanır .
"Koçi"- () Bu növ Əfqanıstan, İran və Cənubi Zaqafqaziyada, dəniz səviyəsindən 3 km hündürlükdə rütubətli subalp çəmənliklərdə bitir. Saplağları nazik amma möhkəmdir, hündürlüyü 35-65 sm olur. Gül yatağı qısadır, güllər birtərəfli bitir. Butaların sayı 4-8 ədəd, çiçəyin uzunluğu 2,5-3 sm, rəngi açıq bənövşəyidən tünd bənövşəyidək çalarlarda olur.
"Sadə Qladiolus" – () Bu növ Cənubi Avropa, İran, Krım, Kiçik Asiya, Qafqaz və Aralıq dənizində, dəniz səviyyəsindən 2,1 km hündürlükdə olan meşə və subalp çəmənliklərində bitir. Saplağları düz formadadır, hündürlüyü 60-100 sm, rəngi açıq və tünd bənövşəyi çalarda olur. Ləçəklərin mərkəzindən və alt hissəsindən ağ zolaqlar var. Ləçəklərin eni 3-4 sm-dir,qırçınlı və uçu şişdir.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Afrika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Bağ bitkiləri Kateqoriya:25–29 ID olan Taksonbar