() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır.
Botaniki təsviri Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır.
Ekologiyası İyun-avqust aylarında çiçəkləyir. Aşağı və orta dağ qurşaqlarında gili və daşlı yamaclarda, quru çaylarda və arxalarda rast gəlinir. Populyasiyanın növləri azalır, yayılma ərazisi məhdudlaşır. Məhdudlaşdırıcı amillər iqlim və antropogen amillərdir (otarılma, tapdalanma nəticəsində yaşayış ərazisinin deqradasiyası). Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Azərbaycanda yayılması Azərbaycanın nadir bitki növüdür. Qafqaz endemikidir.
İstinadlar
Həmçinin bax