Kral Artur () — Kral Arturun və dairəvi stol cəngavərlərinin həyatından bəhs edən tarixi film.

Məzmun

Film əfsanəvi-tarixi şəxsiyyət haqqındadır. Bu ekran əsərində Kral Arturun hakimiyyəti dövründə baş vermiş siyasi hadisələr və tarixi faktlara daha çox diqqət ayrılmışdır. Böyük Roma İmperiyasının süqutundan sonra Britaniyada baş verən tarixi hadisələr, məşhur əfsanəvi cəngavər kral Arturun fəaliyyəti canlandırılmışdır.

Film haqqında

Filmdəki hadisələr 467-ci ildə cərəyan edir. Bu zaman Britaniyada artıq Roma legionları yox idi və ölkə xırda mülklərə parçalanmışdı. Prodüserlər filmin rejissoru qismində Maykl Beyi görmək istəyirdilər. Ancaq sonuncu 5 il çəkdiyi əziyyətlərdən sonra filmin bu janr üçün nisbətən kiçik büdcəsinin olması səbəbilə layihəni tərk etmişdi. Çəkilişlər üçün 300-dən çox qılınc, 700 nizə və 300 döyüş toppuzu hazırlanmışdı. Kostyumlar üzrə rəssamın sözlərinə görə, kinonun çəkilişi zamanı 2 000-dən çox kostyum tikilib. Saks döyüşçülərini canlandırmaq üçün filmə əksəriyyətinin heç bir döyüş təcrübəsi olmayan 400 nəfər dəvət edilmişdi. Döyüşlərin reallığını göstərmək üçün qılınclara, qalxanlara, dəbilqələrə və nizələrə çoxsaylı kameralar quraşdırılmışdı. Filmdə göstərildiyi kimi saksların başçıları Sedrik və Sinrik bu döyüşdə həlak olmamışdılar və Sedrik sonradan Uesseks krallığının əsasını qoymuşdu.

Həmçinin bax Film haqqında əlavə məlumat

Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiltərə filmləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:İrlandiya haqqında filmlər Kateqoriya:V əsr haqqında tarixi filmlər Kateqoriya:Latınca filmlər Kateqoriya:2004-cü ilin ABŞ filmləri Kateqoriya:Touchstone Pictures filmləri Kateqoriya:2004-cü ilin dram filmləri Kateqoriya:Cerri Brukheymerin prodüseri olduğu filmlər Kateqoriya:Hans Zimmerin film musiqiləri Kateqoriya:İngiltərə haqqında filmlər Kateqoriya:Jerry Bruckheimer Films filmləri Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:Birləşmiş Krallığın tarixi filmləri Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:Orta əsrlər haqqında filmlər