() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki təsviri Hündürlüyü 100-300 sm olan çoxillik ot bitkisidir. Kökü yoğun, gövdəsi düz, budaqlı, yaşıl, bəzən qırmızıdır. Yarpaqları ardıcıl, yumurtavari-lansetvaridir. Yuxarı yarpaqları aşağıdakılardan xırdadır, çox vaxt sonradan qızarır. Ağımtıl rəngli, inkişaf etdikcə qızaran çiçəkləri uzunsov salxımvari çiçəkqrupunda birləşmişlər. Meyvəsi qara, parıltılıdır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Mənşəyi və yayılması Adventiv coğrafi tipinin adventiv sinfi və qrupuna aiddir. Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Şimali Amerika və Qafqazda yayılmışdır. Azərbaycanda Amerika çiçəbaharı Lənkəran ovalığı, Böyük Qafqazın şərq və qərb rayonlarda, Lənkəranın dağlıq hissəsində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər Kseromezofitdir, meşə, sahilyanı və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşədə, çaqıl daşlıqlarda, bağlarda, yol kənarlarında, quru yamaclarda və töküntülərdə kiçik qruplar, bəzi hallarda cəngəllik əmələ gətirir.

Kimyəvi tərkibi Flavonoid, saponin, alkaloid, efir yağları, steroid və antosianlarla zəngindir.

Təsiri və tətbiqi Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Eksperimental, Çin və xalq təbabətində, kliniki sınaqlarda, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən böyrək, sidik kisəsi, qaraciyər, ürək-damar, dəri-zöhrəvi xəstəlikləri, iflic, avitaminoz, xoş və bəd xassəli şişlər, dizenteriya və ilanvurma zamanı istifadə olunur. Antibakterial, antihelmint, antitoksik, öd və sidikqovucu, hərarətsalan və iltihab proseslərinə qarşı təsirə malikdir.

İstifadə olunan hissələri Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü və toxumları istifadə edilir. İstifadə formaları — cövhər, tinktura, ekstrakt və mazlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi Cavan zoğları, budaqları və yarpaqları duzlu suda bişirildikdə yeməlidir. Meyvələrindən alınan şirə qida məhsulu və texniki boyaq kimi istifadə olunur.

Sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Cənubi ABŞ mətbəxi