() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Azərbaycan, Orta Asiya, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İran, Əlcəzair, Avropa və Şimali Amerika ölkələrində təbii arealları vardır.
Azərbaycanda yayılması Naxçıvan MR, Zaqatala-Balakən, Lerik, Yardımlı, Oğuz, Qəbələ, Göygöl rayonları ərazilərində yayılmışdır.
Statusu Azərbaycanın nadir, relikt bitki növüdür.VU D2.
Bitdiyi yer Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir.
Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri Meşə üzümü sarmaşan və dırmaşan bitkidir. Gövdəsinin rəngi bozumtul olub nazik çıxıntılıdır. Yarpaqları sadə, dilimlidir. Yarpaqların uzunluğu 5-8 sm ölçüsündə olur. Yarpaq saplaqlarının uzunluğu 5-8 sm, tüklü və ya çılpaq olur. Yarpaqlar gövdə üzərində növbə ilə düzülmüşdür.Yarpaqlarının kənarları kobud, iti dişlidir. Çiçəkləri bircinslidir. Çiçəkləri salxım çiçək qrupunda toplanmışdır. İki evli bitkidir. May ayında çiçəkləyir və sentyabr ayında meyvəsi yetişir. Meyvələri qaramtıl-boz, bəzən ağ rəngində olur. Təbiətdə tək və ya qruplar halında rast gəlinir.
Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.
Zəruri qoruma tədbirləri Bitkinin yayıldığı bölgələrdə yasaqlıqların təşkil edilməsi vacibdir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Giləmeyvələr Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Üzümçülük Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları