Ad günü — rejissor Rasim Ocaqov tərəfindən 1977-ci ildə ekranlaşdırılmış Azərbaycan filmi. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir. Filmə 1978-ci ildə Azərbaycan dövlət mükafatı, 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında I mükafat və 1980-ci ildə Berlində ADR televiziyasının diplomu verilmişdir. Filmdə əsas rolları Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şükufə Yusupova, E.Qasımov, Sədayə Mustafayeva, Hüseynağa Sadıqov, Fuad Poladov, Ağahüseyn Kərimov və Rafiq Əzimov ifa edirlər.

Məzmun Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 93-94.

Film şəkili müəllim Mustafanın (Hacı İsmayılov) Bakıya ezamiyyət səfəri ilə başlayır. Qohumu Nazimin (Fuad Poladov) evində qonaq qalan Mustafa poçt şöbəsində xoşagəlməz təsadüf nəticəsində Fəridə (Şəfiqə Məmmədova) ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Digər tərəfdən kadrda Əlinin ailəsi görünür. Əli (David Uplisaşvili) oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. Qapı-qapı gəzib dostlarını dəvət etdikdən sonra Əli ad günü tədbirinə ciddi cəhdlə hazırlaşır. Fəridə ilə Bakını gəzən Mustafa isə Fəridəni evinə yola salarkən güclü yağış yağır və Fəridə onu yağış kəsənəcən evinə qonaq dəvət edir. Əlinin isə tədbiri baş tutmuşdur, qonaqlar bir yerə yığışmış, deyib-gülüb əylənirlər. Fəridə yağışın kəsmədiyini görcək Mustafaya onun evində qalmağı təklif edir və ona mətbəxdə yataq qurur. Əli isə həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz kefindədirlər. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafaya öz evinə getməsini məsləhət bilir. Nəticədə Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Əli oyanır, görür ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; tez onun dalınca qaçıb evinə qonaq dəvət edir. Və onlar əsl ad gününü qeyd edirlər...

Bu filmdə insan tədqiq və təsvir olunur, onun məişəti və yaşayışı, gündəlik həyatı ekranda canlandırılır.

Film haqqında Film yazıçı Rüstəm İbrahimbəyovun "Ad günü" və "Ezamiyyət" hekayələri üzrə ekranlaşdırılmışdır.

Mükafatlar 26 dekabr 1978-ci ildə filmə Azərbaycan dövlət mükafatı verilmişdir. 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında filmə I mükafat verilmişdir. 1980-ci ildə Berlində filmə ADR televiziyasının diplomu verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Rasim Ocaqov Ssenarist: Rüstəm İbrahimbəyov Operator: Zaur Məhərrəmov Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Emin Sabitoğlu

Rollarda Hacı İsmayılov — Mustafa Şəfiqə Məmmədova — Fəridə David Uplisaşvili — Əli Şükufə Yusupova — Rəna E.Qasımov — Əlinin oğlu Sədayə Mustafayeva — Əlinin anası Hüseynağa Sadıqov — Əlinin atası Fuad Poladov — Nazim Ağahüseyn Kərimov — Həmid əmi Rafiq Əzimov — Səlim Səməndər Rzayev — Faiq Yaşar Nuri — Eldar Ramiz Məlikov — Əlinin dostu Tariyel Qasımov — Həsən Gülşən Qurbanova — Şeyda

Filmi səsləndirənlər Şahmar Ələkbərov — Əli (David Uplisaşvili) (titrlərdə yoxdur) Əminə Yusifqızı - Rəna (Şükufə Yusupova)(titrlərdə yoxdur) Rasim Balayev - Nazim (Fuad Poladov)(titrlərdə yoxdur) Ramiz Əzizbəyli - Eldar (Yaşar Nuri)(titrlərdə yoxdur) Yusif Vəliyev - Həmid əmi (Ağahüseyn Kərimov)(titrlərdə yoxdur) Bahadur Əliyev - Səlim (Rafiq Əzimov)(titrlərdə yoxdur)

İstinadlar

Mənbə Əbluc, H. "Ad günü" [Rüstəm İbrahimbəyovun "Ezamiyyət" və "Ad günü" hekayələri əsasında çəkilmiş eyniadlı film haqqında] //Ədəbiyyat və incəsənət.- 1977.- 18 iyun.- səh. 6. Rəhimli, İ. "Kövrək hisslərin nikbinliyi" [R. İbrahimbəyovun "Ad günü" filmi haqqında] //Kommunist.- 1978.- 28 yanvar. Ağakişi Kazımov. "Yaxın ürəklər" ["Ad günü" filminin Respublika Dövlət Mükafatına təqdim olunması haqqında] //Ədəbiyyat və incəsənət.- 1980.- 28 mart.- səh. 6. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246; 304. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 218; 220-223; 268; 278. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Nadir Bədəlov. "Bizim kino". Rasim Ocaqovun "Ad günü" filmi haqqında. 13.02.2016

Həmçinin bax

Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Bir neçə əsər əsasında çəkilmiş filmlər