Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl

1601–1900

1901–cari thumb|ABŞ Silahlı Qüvvələrinin əsgəri Vyetnamda yaşayış yerini yandırır.

1968 — Vyetnam müharibəsi: ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı Sonqmi qətliamını törətmişdir. 1978 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1988 — Hələbcə şəhərinə zəhərli qaz hücumu: İraq kürdlərin məskunlaşdığı Hələbcə qəsəbəsi Səddam Hüseynin göstərişi ilə zəhərli qaz və sinir agentləri qarışığı ilə hücuma məruz qalmışdır. 1990 — Əlcəzair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Benin, Qrenada, Liberiya, Somali və Tanzaniyada ilk dəfə COVID-19 qeydə alınıb.

Azərbaycana aid hadisələr 1992 — Azərbaycan və Liviya arasında diplomatik əlaqələr qurulmuşdur.

Doğumlar 1600-cü ildən əvvəl 1478 — Fransisko Pizarro, İspaniya konkistadoru

1601–1900 1750 — Karolina Herşel, Almaniya astronomu 1751 — Ceyms Medison, ABŞ prezidenti 1789 — Georq Om, Almaniya fiziki 1851 — Martin Beyerink, Niderland mikrobioloqu və botaniki 1859 — Aleksandr Popov, Rusiya fiziki 1879 — Mark Sayks, İngiltərə diplomatı 1883 — İqnati Kraçkovski, Rusiya ərəbşünası 1894 — Yəhya Şərfədinov, Sovet bəstəkarı

1901–cari thumb|Vaqif Mustafazadə

1911 — Yozef Mengele, Almaniya həkimi və zabiti 1915 — Haldun Taner, Türkiyə dramaturqu 1916 Tsutomu Yamaquçi, Yaponiya dəniz mühəndisi Zakir Bağırov, Azərbaycan bəstəkarı 1940 — Vaqif Mustafazadə, Azərbaycan bəstəkarı və pianoçu 1941 — Bernardo Bertoluççi, İtaliya kinorejissoru 1948 — Tomris İncer, Türkiyə aktrisası 1951 — Nurəddin İbrahimov, Azərbaycan polisi, Azərbaycanın Milli Qəhrəmanı 1952 — İrvin Kiyes, ABŞ aktyoru 1959 — Yens Stoltenberq, Norveç baş naziri 1992 — Kim Mi-Su, Cənubi Koreya aktrisası və modeli

Ölümlər 1600-cü ildən əvvəl 37 — Tiberi, Roma imperatoru 1485 — Anna Nevil, İngiltərə kraliçası

1601–1900 thumb|Aleksandra Pavlovna

1801 — Aleksandra Pavlovna, Rusiya baş hersoginyası

1901–cari 1914 — Karl Albert Qoba, İsveçrə vəkili 1935 — Aron Nimtsoviç, Danimarka şahmatçısı 1937 — Ostin Çemberlen, Böyük Britaniya dövlət xadimi 1940 — Selma Lagerlöf, İsveç yazıçısı 1985 — Mehdi Bakiri, İran leytenantı 1987 — Nadir Zeynalov, Azərbaycan rəssamı 1995 — Bəhruz Mənsurov, Azərbaycan kursantı, Azərbaycanın Milli Qəhrəmanı 2008 — Maral Rəhmanzadə, Azərbaycan boyakarı 2018 — Böyükağa Hacıyev, Azərbaycan futbolçusu və baş məşqçisi 2020 — Rafael Dadaşov, Azərbaycan aktyoru

Bayramlar və xüsusi günlər Azərbaycan — Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü

İstinadlar

*0316 Kateqoriya:Mart Kateqoriya:16 mart Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri