Məzmun Filmin baş qəhrəmanı qoca çoban Bəhri (Ələddin Abbasov) təqaüdə çoxdan çıxmalı idi, hər halda şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən, atalarına sakit və rahat həyat arzulayan üç oğul belə düşünür. Lakin Bəhri bütün varlığı ilə doğma dağlara bağlıdır. Buna görə də o, uşaqlarının rahat və isti mənzilində qala bilmir. Doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradadır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o adamlara lazımdır.

Kinolentdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar.

Film haqqında Film rejissor Elxan Qasımovun quruluşçu rejissor kimi kinoda ilk işidir.

Film aktrisa Firəngiz Mütəllimovanın kinoda ilk işidir.

Film yazıçı Əhmədağa Qurbanovun "Çobanbayatı" povestinin motivləri əsasında çəkilmişdir.

Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Film 1-ci kateqoriyaya layıq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Əhmədağa Qurbanov, Yefim Abramov Quruluşçu rejissor: Elxan Qasımov, Yefim Abramov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əşrəf Mamayev Geyim rəssamı: Arif Məhərrəmov Qrim rəssamı: A.Rzazadə Montaj edən: Rəfiqə İbrahimova Rejissor assistenti: Y.Əhmədov, N.Cavadzadə, Maarif Məhərrəmbəyli (Məhərrəmov) Operator assistenti: Nizami Abbasov İnzibatçı: Aydın Hüseynov, Sahib Quluzadə (C.Quluzadə kimi) İşıq ustası: Məhəmməd Hacıyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Qasım Səfəroğlu

Rollarda Ələddin Abbasov — Bəhri Dadaş Kazımov — Ziyad Şahmar Ələkbərov — Sadıq Əliabbas Qədirov — Xalıq Rasim Balayev — Davud Fəxrəddin Manafov — Eldar Firəngiz Mütəllimova — Leyla Fikrət Məmmədov — müxbir Telman Əliyev Vəliəhd Vəliyev — Həsən Əşrəf Mamayev Y.Əhmədov Xalidə Quliyeva — Əsli C.Sadıqov Salam İsmayılov Film Azərbaycan dilində AZTV tərəfindən dublyaj edilmişdir

Filmi səsləndirənlər:

Ədalət Məmmədov (aktyor) - Bəhri (Ələddin Abbasov) (titrlərdə yoxdur)

Pərviz Bağırov (aktyor) - Ziyad (Dadaş Kazımov) (titrlərdə yoxdur)

Kazım Abdullayev - Sadıq (Şahmar Ələkbərov) (titrlərdə yoxdur)

Əliabbas Qədirov - Xalıq (Əliabbas Qədirov) (titrlərdə yoxdur)

Rasim Balayev - Davud (Rasim Balayev) (titrlərdə yoxdur)

Sponsor Mərkəzi Televiziya (Moksva)

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması