Fuad Ağarəhim oğlu Poladov () — Azərbaycan teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987).

Həyatı Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.412

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat etmişdir. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 mart 1987 "Teatr Xadimi" qızıl medalı — 2004 "Qızıl Dərviş" mükafatı — 2007 "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı — 2015 Cəfər Cabbarlı mükafatı — 23 may 2016

Teatr səhnəsindəki rolları Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar Ferdinand — "Məkr və məhəbbət"(Fridrix Şiller) Fərhad — "Məhəbbət əfsanəsi", (Nazim Hikmət) Nizami — "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) Baron — "Həyatın dibində", (Maksim Qorki) Rauf — "Kərgədan buynuzu"(Maqsud İbrahimbəyov) Mirzə Səfi – "Mirzə Şəfi" (Nəbi Xəzri) Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə — ("Mahnı dağlarda qaldı","Məhv olunmuş gündəliklər","Qəribə oğlan", "Büllur sarayda","Boy çiçəyi", və "Şeyx Xiyabani", (İlyas Əfəndiyev) Hamlet,Benedikt-("Heç nədən səs-küy","Hamlet" (Uilyam Şekspir) Şahbaz bəy — "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə), Zaur — "Təhminə və Zaur" (Anar Rzayev Şöklü Məlik — "Torpağa sancılan qılınc", (Nəbi Xəzri) Çığatay — "Yağışdan sonra "(Bəxtiyar Vahabzadə) Avtandil — "Darıxma ana", (Nodar Dumbadze) Şah Qacar — "Şah Qacar", (Əli Əmirli) Müsyo İbrahim -"Müsyo İbrahim və Quran çiçəyi", (Erik-Emmanuel Şmitt)

Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar Erve Monten — "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan) Daniel — "Tənha kişi üçün tələ" (R. Tom) Pavel Trunnikov — "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski) Lopaxin — "Albalı bağı" (A.P. Çexov) Yuliy Sezar — "Kölgələrin oyunu" (Y. Edlis) Stefan — "Qara dəlik" (Q. Stefanovski) İblis — "İblis" (H.Cavid) Sankiti Oba — "Aramızdakı kabuslar" (K.Abe) Eddi Karbone — "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller) Stefan — " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare) Svetlovidov — "Ququşu mahnısı" (A.P. Çexov) Lord Avqust — "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou) Floran — "Müqəddəs bədheybətlər" (J.Kokto) Eduard Polumb — "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon) Həkim Korniş — "Əlçatmaz qadın" (S.Moema) Napaleon 1 — "Napaleon 1" (F.Brukner) Kardinal Vulsi — "Şah oyunları". (Q.Qorin) Həkim Dorn — "Qağayı" (A.P.Çexov) Herman Lyuis — "Qarışıq hisslər" (R.Baer) Didr — "Pozğun" (E.E.Şmitt)(A.Brailovskinin tərcüməsi)…

Filmoqrafiya Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Nazim Ağasadıq Gəraybəyli (film, 1974) Axırıncı dayanacaq (film, 2014) - rol: Davud Ailə (film) (tammetrajlı bədii film) — rol: mafiya başçısı Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Vaqif Fətəliyev Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) - rol: Əmin Bəxtiyarov Arxada qalmış gələcək (film, 2004) - rol: Malik Atayevlər ailəsi (film, 1978) - rol: Şahsuvarov Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) - rol: Məcid Cəza (film, 1996) Dede Korkut hikayeleri (film) Dərvişin qeydləri (film, 2013) - rol: İsgəndər xan Dolu (film, 2012) - rol: Katib Etimad telefonu (film, 2001) - rol: Fuad Əlavə təsir (film, 2010) - film səsləndirən: Nazim Şeydayev (Əbdül Mahmudov ) Əlvida, cənub şəhəri (film, 2006) - rol: Fariz Ən vacib müsahibə (film, 1971) - rol: Bacıoğlu Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Fatehlərin divanı - rol: Əmir Teymur Güllələnmə təxirə salınır!... (film, 2002) - rol: Xan Günaydın, mələyim! (film, 2008) - rol: Fuad Hacı Qara (film, 2002) - rol: Pristav Həqiqətin özü (film, 2008) - Mətni oxuyan Həyat çiçəyi (teleserial, 2013) Hökmdarın taleyi (film, 2008) - Tərcüməni səsləndirən İmtahan (film, 1987) - rol: Şamxal İşarəni dənizdən gözləyin (film, 1986) - rol: Komandan İstintaq davam edir (film, 1966) - rol: Səlim Köpək (film, 1994) Küçələrə su səpmişəm (film, 2004) - rol: Xəlil Qara "Volqa" (film, 1994) - rol: Səlimzadə Qayınana (film, 1978) - rol: Ayaz Qırmızı qatar (film, 1993) - rol: Laber Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999) Mən evə qayıdıram (film, 2014) - rol: müstəntiq Səlimov Ovsunçu (film, 2002) - rol: Aslan Ömür və tale (film, 1998) Rus tərcüməsi (teleserial) — rol: Əbdu Salih (Rusiya) Salur Qazanın evi talandığı boy (film, 2001) - rol: Qıpçaq Məlik Tərsinə çevrilən dünya (film, 2011) - rol: Qasım Cəfərov Təsadüfi görüş (film, 1999) - rol: Murad Üçüncü zəng (film, 2006) Ümid (film, 1995) - rol: Cəbhə hərbi həkimi Vahimə (film, 1998) - rol: musiqiçi Nazlı (film, 2017) - rol: Aslan

İstinadlar

Xarici keçidlər Rus Dram Teatrında "Blisslər ailəsi" eksentrik komediyasının premyerası olub "Mən ölmürəm, gözəgörünməzliyə çəkilirəm" Fuad Poladov "Azdrama"dan belə ayrıldı "Məzar daşıma şəkilimi vurmayın!.." – Xanımı Fuad Poladovun son vəsiyyəti və son günlərindən danışdı

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:"Qızıl Pəri" mükafatı laureatları Kateqoriya:"Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri