() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 1-2 m, düz qalxan budaqlara malik koldur. Yarpaqları sadə, yumurtavari və tünd yaşıl, uzunluğu 7-15 sm, kənarları dişlidir. Çiçəkləri iri, çəhrayı, bəzən mavi və ağ rəngdə olub, enli, qalxanvari çiçək qrupunda toplanır. Kasayarpaqları iri, yaşımtıl, tədricən ağ, çəhrayı və ya mavi rəngdə olur. Meyvəsi 2-3 bölümlü, çoxsaylı xırda toxumları olan qutucuqdur. Yazdan yayın ortasına qədər 18-200 C-də toxumlarla, zoğlarla və kolun bölünməsi ilə çoxaldılır.

Ekologiyası İşıqlı və yarımkölgəli ərazilərdə bitir. 100C-yə qədər soyuqlara dözür. Tez boy atır, istisevən, torpaq mühitinə, münbitltyinə və rütubətə tələbkardır. Torpaq qarışığı yarpaq, çim, torf və qum (2:1:1:1) qarışığından ibarət olmalıdır. Mənənə, qırmızı tor gənəsi ilə yoluxa bilir.

Azərbaycanda yayılması Böyük Qafqazda, Lənkəranda, Zaqatalada və s. rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Dünyanın ən çox yayılmış bağ bitkilərinə aiddir. Bu növün çox miqdarda bağ formaları, o cümlədən ağ haşiyəli yarpaqları olan forması yaradılmışdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası Kateqoriya:Otaq bitkiləri Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yaponiyanın endemik florası