Əski İqrığ və ya Əski İqriq — Azərbaycan Respublikasının Quba rayonunun Quba şəhər inzibati ərazi dairəsində kənd.
Toponimikası Əski İqrığ oyk, mür. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Turizmi Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir. Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.İlham Əliyev “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir president.az Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri