2018 FİFA Dünya Kuboku — Futbol üzrə XXI Dünya Çempionatı. Turnirin ev sahibi 2 dekabr 2010-cu ildə keçirilən səsvermə nəticəsində qalib gələn Rusiyadır. Turnirdəki oyunlar 12 fərqli stadionda 14 iyun 2018 – 15 iyul 2018 tarixləri arasında keçirilmişdir.

Bu mundial Rusiyanın ev sahibliyini etdiyi ilk Dünya Kuboku oldu. Rusiya Futbol Federasiyası tərəfindən təşkil olunmuş turnir, həm də Şərqi Avropada keçirilən ilk mundial olmaqla yanaşı , həm də sayca 11-ci dəfə Avropada keçirilən mundial oldu. İlk dəfədir ki, Dünya Çempionatı iki qitədə – Avropa və Asiyada keçirildi. Turnir üçün 14,2 milyard $ pul xərcləndi. Bununla da bu mundial indiyə qədər ən bahalı mundial olaraq tarixə keçdi. Bununla yanaşı, Dünya Çempionatları tarixində ilk dəfə məhz bu turnirdə Video köməkçi hakim sistemindən (VAR) istifadə olundu.

Bu ilki mundialda da 32 komanda iştirak etmişdir. Bu komandalardan 31-i təsnifat mərhələsində rəqiblərindən üstün olaraq çempionatda iştirak etməyə vəsiqə qazandı. Ev sahibi ölkə olduğu üçün Rusiyanın avtomatik olaraq Dünya Kubokunda oynaması öncədən təsdiqlənmişdi. Bu 32 komandadan 20-si, o cümlədən son çempion Almaniya 2014-cü ildəki mundialda oynamışdı. Bununla bərabər, İslandiya və Panama futbol tarixlərində ilk dəfə məhz bu il Dünya Kubokunda oynamışdır. 64 oyunun nəticəsində çempionun bəlli olacağı mundial 11 şəhərdəki 12 stadionda keçirildi. Final matçı 15 iyulda Moskvadakı Lujniki stadionunda, Fransa və Xorvatiya milliləri arasında oynanıldı. Fransa Xorvatiyaya 4–2 hesabı ilə qalib gəlməklə futbol tarixində 2-ci dəfə Dünya Çempionu oldu. Beləliklə, bu mundialda da Avropa ölkələrindən birinin qalib gəlməsi ilə birlikdə bu tendensiya ardıcıl dördüncü dəfə təkrarlanmış oldu. (2006-da İtaliya, 2010-da İspaniya, 2014-də Almaniya qalib gəlmişdi)

Bu ilki mundialda qalib gəlməklə Fransa 2021 FİFA Konfederasiyalar Kubokunda da iştirak etmək hüququnu əldə etdi.

Ev sahibi seçimi thumb|Rusiya nümayəndə heyəti ev sahibi olduqları üçün qələbə sevinclərini bölüşürlər, dekabr 2010. thumb|Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən Dünya Çempionatı öncəsi mərasimdə Kuboku əlinə götürür, sentyabr 2017 thumb|Rusiya Mərkəzi Bankının 2018 FİFA Dünya Kuboku üçün xüsusi hazırladığı 100 rublluq əskinas

Seçkilər 2009-cu ilin yanvar ayında başladı. Ev sahibi olmaq istəyən federasiyalar həmin ilin 2 fevralına öz namizədliyini irəli sürməli idilər. Başlanğıcda 9 ölkə seçimlərdə iştirak etmək üçün namizəd oldu, lakin elə həmin ilin sentyabrında Meksika öz namizədliyini geri çəkdi. İndoneziyanın ev sahibi olmaq təklifi isə FİFA tərəfindən rədd edildi. Buna səbəb İndoneziya hökumətinin FİFAya yerli federasiyanın verdiyi təkliflə bağlı dəstək məktubu göndərməməsi idi. Seçimlər ərəfəsində 3 federasiya (Avstraliya, ABŞ və Yaponiya) da namizədliyini geri çəkdi. Bununla da seçimlərdə iştirak edəcək 4 federasiya qaldı. Bu federasiyalar İngiltərə, Rusiya, Hollandiya/Belçika və Portuqaliya/İspaniya idi. 22 üzvdən ibarət FİFA İcraiyyə Komitəsi 2010-cu ilin 2 dekabrında ev sahibi ölkəni seçmək üçün Sürix şəhərində toplandı. Seçkilərdə qələbə Rusiyanın oldu və bununla da ev sahibi ölkə olmaq hüququnu qazandı. Portuqaliya/İspaniya ikinci, Hollandiya/Belçika isə seçkilərdə üçüncü yeri tutdu. İngiltərə isə sonuncu yerdə olaraq ev sahibi ölkə ola bilmədi: +2018 FİFA ev sahibi seçimləriNamizədlərSəs sayları1. Raund2. RaundRusiya9Portuqaliya / İspaniya77Belçika / Hollandiya42İngiltərə2

Komandalar

Kvalifikasiya

İlk dəfədir ki, bütün FİFA üzvü milli komandalar-209 milli komanda təsnifat mərhələsində iştirak edərək Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə apardılar.Zimbabve və İndoneziya təsnifat mərhələsindəki ilk oyunlarını oynadıqdan sonra diskalifikasiya edildi. Bu ərəfədə Cəbəllütariq və Kosovo milli yığmaları 2016-cı ilin 13 mayında FİFAya üzv olduqdan sonra təsnifat mərhələsində oynamaq hüququna sahib oldu.

Təsnifat mərhələsində iştirak edərək Dünya Kubokunda oynamağa vəsiqə qazanan 31 komandadan 20-si Braziliyada keçirilmiş son Dünya Çempionatında da iştirak etmişlərdi. Bununla bərabər, İslandiya və Panama milli komandaları futbol tarixlərində ilk dəfə bu mötəbər turnirdə iştirak hüququ əldə etdilər. Digər maraqlı məqamlar isə müxtəlif milli komandaların uzun müddətdən sonra yenidən bu turnirdə iştirak hüququ qazanması oldu: — 28 illik bir dövrdən sonra yenidən Dünya Kubokunun final mərhələsində mübarizə aparıb. — 20 illik bir boşluqdan sonra yenidən bu turnirdə iştirak edib. — 1982-ci il dünya çempionatından sonra 36 illik uzun bir müddətdən sonra yenə bu yarışda özünü göstərmişdir. Bir çox insanın simpatiya bəslədiyi Seneqal yığması da futbol tarixlərində 2-ci dəfə (ilk dəfə 2002-ci ildə) bu turnirdə iştirak edib. Qeyd etmək lazımdır ki, 3 Şimali Avropa (Danimarka, İslandiya və İsveç) və 4 ərəb ölkəsi (Misir, Mərakeş, Səudiyyə Ərəbistanı və Tunis) bir Dünya Çempionatında iştirak edib.

Bundan əlavə, təsnifat mərhələsində çox maraqlı nəticələr də əldə olundu. Belə ki, bəzi önəmli komandalar Dünya Çempionatına vəsiqə qazana bilmədi. Belə komandalara futbol tarixlərində 4 dəfə Dünya Çempionu olmuş İtaliya və 3 dəfə finalist olmuş Hollandiya yığmaları bariz nümunədir. Bundan əlavə 2017 Afrika Millətlər Kubokunun sahibi Kamerun milli futbol komandası, 2 dəfə Amerika Kuboku sahibi və 2017 FİFA Konfederasiyalar Kuboku finalçısı Çili, 2016 Okeaniya Millətlər Kuboku qalibi Yeni Zelandiya və 2017 KONKAKAF Qızıl Kubokunun sahibi ABŞ milliləri də bu turnirdə iştirak edə bilmədi. Qana və Fildişi Sahili milliləri də öncəki 3 ardıcıl Dünya Çempionatlarında iştirak etdikdən sonra onlar da bu mundialda mübarizə aparmadı.

Qeyd: Komandaların qarşısındakı mötərizə içərisindəki rəqəmlər milli komandaların turnirin keçirildiyi vaxtkı FİFA Dünya Reytinqində sırasını göstərir.

AFK (5) (36) (37) (61) Səudiyyə Ərəbistanı (67) (57) AFK (5) (45) (41) (48) (27) (21)

KONKAKAF (3) (23) (15) (55) CONMEBOL (5) (5) (2) (16) (11) (14) OFK Vəsiqə qazanan olmadı

UEFA (14) (3) (20) (12) (12) (7) (1) (22) (8) (4) (70) (ev sahibi) (34) (10) (24) İsveçrə (6)

thumb|right|500px|

Yekun cədvəl #ÖlkəNecə vəsiqə qazandı?RəsmiləşməsiNeçənci iştirakıAxırıncı iştirakıƏn yaxşı nailiyyət1 RusiyaEv sahibi2 dekabr 201011.2014Dördüncü (1966)2 BraziliyaCONMEBOL yarışları 1.si28 mart 201721.2014Çempion (1958,1962,1970,1994,2002)3 İranAFK yarışları Üçüncü tur A qrupu 1.si12 iyul 20175.2014Qrup mərhələsi (1978, 1998, 2006, 2014)4 YaponiyaAFK yarışları Üçüncü tur B qrupu 1.si31 avqust 20176.20141/8 final (2002, 2010)5 MeksikaKONKAKAF yarışları Beşinci tur ilk 31 sentyabr 201716.20141/4 final (1970, 1986)6 BelçikaUEFA yarışları H qrupu 1.si3 sentyabr 201713.2014Dördüncü (1986)7 Cənubi KoreyaAFK yarışları Üçüncü tur B qrupu 1.si5 sentyabr 201710.2014Dördüncü (2002)8 Səudiyyə ƏrəbistanıAFK yarışları Üçüncü tur B qrupu 1.si5 sentyabr 20175.20141/8 final (1994)9 AlmaniyaUEFA yarışları C qrupu 1.si5 oktyabr 201719.2014Çempion (1954, 1974, 1990, 2014)10 İngiltərəUEFA yarışları F qrupu 1.si5 oktyabr 201715.2014Çempion (1966)11UEFA yarışları G qrupu 1.si6 oktyabr 201715.2014Çempion (2010)12 NigeriyaAFK yarışları B qrupu 1.si7 oktyabr 20176.20141/8 Final (1994, 1998, 2014)13 Kosta-RikaKONKAKAF yarışları Beşinci tur 2.si7 oktyabr 20175.20141/4 Final (2014)14UEFA yarışları E qrupu 1.si8 oktyabr 20178.2014Üçüncü (1974, 1982)15 MisirAFK yarışları E qrupu 1.si8 oktyabr 20173.2014Qrup mərhələsi (1934, 1990)16 İslandiyaUEFA yarışları İ qrupu 1.si9 oktyabr 20171. - -17 SerbiyaUEFA yarışları D qrupu 1.si9 oktyabr 201712.2010Dördüncü (1930, 1962)18 PortuqaliyaUEFA yarışları B qrupu 1.si10 oktyabr 20177.2014Üçüncü (1966)19UEFA yarışları A qrupu 1.si10 oktyabr 201715.2014Çempion (1998)20 UruqvayCONMEBOL yarışları 2.si10 oktyabr 201713.2014Çempion (1930, 1950)21 ArgentinaCONMEBOL yarışları 3.sü10 oktyabr 201717.2014Çempion (1978, 1986)22 KolumbiyaCONMEBOL yarışları 4.sü10 oktyabr 20176.20141/4 final (2014)23 PanamaKONKAKAF yarışları Beşinci tur 3.sü10 oktyabr 20171. - -24 SeneqalAFK yarışları D qrupu 1.si10 noyabr 20172.20021/4 Final (2002)25 MərakeşAFK yarışları C qrupu 1.si11 noyabr 20175.19981/8 Final (1986)26 TunisAFK yarışları A qrupu 1.si11 noyabr 20175.2006Qrup mərhələsi (1978,1998,2002,2006)27 İsveçrəUEFA yarışları play-off qalibi12 noyabr 201711.20141/4 Final (1934, 1938, 1954)28 XorvatiyaUEFA yarışları play-off qalibi12 noyabr 20175.2014Üçüncü (1998)29 İsveçUEFA yarışları play-off qalibi13 noyabr 201712.2006İkinci (1958)30 DanimarkaUEFA yarışları play-off qalibi14 noyabr 20175.20101/4 final (1998)31 AvstraliyaKonfederasiyalararası play-off qalibi15 noyabr 20175.20141/8 final (2006)32 PeruKonfederasiyalararası play-off qalibi15 noyabr 20175..1982 1/4 final (1970,1978) Qeyd 1:AFK Afrika Futbol Konfederasiyasını (qalın şrift),AFK Asiya Futbol Konfederasiyasını işarə edir (maili şrift). Qeyd 2: Rusiya 1958–1990-cı illər arası SSRİ yığması olaraq turnirə qatılmışdır Qeyd 3: Serbiya 1930–1990-cı illər arası Yuqoslaviya,1992–2006-cı illər arası Serbiya və Monteneqro yığması olaraq turnirə qatılmışdır

Püşkatma Püşkatma mərasimi 1 dekabr 2017-ci ildə Moskva saatı ilə 18:00-də Kremlin Dövlət Sarayında keçirildi. 32 komanda hərəsində 4 komanda olmaqla 8 qrupa bölündü. Püşkatmaya əsasən komandalar 2017-ci il oktyabr FİFA Dünya Reytinqinə görə 4 torbaya səpələndilər. 1-ci torbaya turnirin ev sahibi olan Rusiya və Dünya Reytinqinə görə ən yaxşı 7 komanda daxildir. 2-ci torbaya sonrakı ən yaxşı 8 komanda daxil oldu. Bu prinsip 3-cü və 4-cü torbalar üçün də nəzərə alındı. 1-ci səbət 2-ci səbət 3-cü səbət 4-cü səbət (65) (ev sahibi) (1) (2) (3) (4) (5) (6) (7) (8) (10) İsveçrə (11) (12) (13) (16) (17) (18) (19) (21) (22) (25) (28) (30) (32) (34) (38) (41) (43) (44) (48) (49) (62) (63)

Heyətlər

Hər komanda turnirdən əvvəl 35 nəfərlik bir ilkin komanda formalaşdırmalı idi. Komanda bu seçdiyi ilkin komandadan 4 iyuna qədər (üçü qapıçı olmaqla) 23 oyunçudan ibarət yekun heyəti seçməliydi. Əgər yekun heyətdəki oyunçulardan hər hansısa biri (və ya bəziləri) zədələnsə başqa oyunçu ilə əvəzlənə bilərdi. Yeni gələn oyunçu ilkin komandada olmaya da bilər. Bu akt yalnız komandanın Dünya Kubokunda ilk oyununa çıxmazdan 24 saat əvvəl aparıla bilər.

35 oyunçudan ibarət ilkin komandadakı bütün oyunçular mayın 21-indən 27-sinə qədər mütləq istirahət etməli idi. (26 mayda oynanan UEFA Çempionlar Liqası 2017/2018 Finalında olan oyunçular istisna olmaqla)

Əvvəllər ilkin komandanın 30 nəfərdən ibarət olacağı düşünülürdü, lakin 2018-ci ilin fevralında FİFA ilkin komandanın 35 nəfərdən ibarət olması haqda qərar qəbul etdi.

Stadionlar Dünya Kuboku final mərhələsinin oyunlarının keçirilməsi üçün Rusiyada 11 şəhər seçilmişdir. Bunlar:Sankt-Peterburq, Moskva, Kalininqrad, Kazan, Rostov-na-Don, Samara, Saransk, Nijni Novqorod, Soçi, Volqoqrad və Yekaterinburq şəhərləridir. MoskvaSankt PeterburqSoçiLujniki stadionuAçılış ArenasıYeni Zenit StadionuFişt Olimpiya StadionuTutumu: 78011Tutumu: 44190Tutumu: 64468Tutumu: 44287230px230px230px200pxVolqoqradRostov-na-DonVolqoqrad ArenaRostov ArenaTutumu: 43713Tutumu: 43472230px230pxNijni NovqorodKazanNijni Novqorod stadionuKazan ArenaTutumu: 43319Tutumu: 42873200px250pxSamaraSaranskKalininqradYekaterinburqKosmos ArenaMordovya ArenaKalininqrad stadionuMərkəzi StadionTutumu: 41970Tutumu: 41685Tutumu: 33973Tutumu: 33061230px225px250px185px

Hazırlıqlar və çəkilən xərclər

Büdcə thumb|Volqoqrad Arenanın kiçildilmiş modeli. Stadionun inşası 2015-ci ildə başlandı. 2018-ci ilin iyunu etibarilə 14,2 milyard dollarlıq bir xərclə tarixdə ən bahalı Dünya Çempionatı oldu və bu xərclər bu turnirdən əvvəlki – 2014-cü ildəki Braziliyada keçirilən mundiala çəkilən xərcləri keçdi.