Zıxır — Azərbaycan Respublikasının Quba rayonunun Rük kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Zuxur oyk., sadə. Qudyal çayının sahilində, dağətəyi ərazidədir. Yerli adı Züxürdür. Kənd mənşəcə həmin r-ndakı Xanəgah kəndindən köçmüş bir qrup ailənin Züxür adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı isə tat dilindəki zil (dərə) və xiir (qüllə, saray) sözlərindən ibarət olub, “qüllə dərəsi** mənasındadır. Kəndin yaxınlığında Kəllahi adlı qəd. qala xarabalıqları var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Quba rayonu Zıxır kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 330 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri