İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, əxlaqi, estetik düşüncələr, inanclar və ya prinsiplər toplusuhttps://dictionary.cambridge.org - Ideology. İstifadə tarixi: 06.11.2025.. İdeologiyalara dünyanı və həyatı anlamağa, izah etməyə və dəyişməyə çalışan sistemlər kimi baxmaq mümkündürhttps://www.britannica.com - Ideology. istifadə tarixi: 06.11.2025..

İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur.

Etimologiyası Idéologie sözü ilk dəfə Fransa inqilabı dövründə, Antoine Destutt de Tracy tərəfindən işlədilmişdir və ilk ictimai istifadəsi 1796-cı ilə aiddir.ideologiya sözü fransızca idéologie (tələffüz: ) (idée - fikir; düşüncə, ologie -elm) sözündən yaranmışdır. Sonrakı tarixi gedişatda bu söz digər Avropa dillərinə - ingilis, italyan və almaq dillərinə, daha sonralar isə, demək olar ki, bütün dünya dillərinə daxil olaraq beynəlxalq sözlərdən birinə çevrildi.

Tarixi

İdeologiya və din İdeologiya ilə din anlayışları həqiqəti sorğuladıqları və idarəçilik funksiyalarından dolayı tez-tez yanaşı işlənir. Ancaq iman, ibadət, ilahi borc, mistikvə mifik anlayışlarında dolayı dinin siyasi proqram kimi praktiki tətbiqi çətindirhttps://www.britannica.com - Ideology and religion. İstifadə tarixi: 06.11.2025.. İdeoloiyanın tətbiqi isə daha asandır. Çünki o, dünyəvi dəyərlərə və ictimai reallıqlara əsaslanaraq birbaşa siyasi idarəetmə mexanizmlərinə çevrilə bilir.

Həmçinin bax Din Siyasi ideologiyalar siyahısı

Mənbə Alman İdeolojisi, Karl Marx, Sol yayınları Kapital, Meta fetişizmi bölümü, Marx. İdeoloji ve Ütopya, K. Mannhein İdeoloji ve Devletin İdeolojik Araçları, Louis Althusser, İletişim yayınları. İdeoloji, Terry Eagleton, Ayrıntı yayınları. Eleştiri ve İdeoloji, Terry Eagleton, İletişim yayınları. İdeoloji, Şerif Mardin, İletişim yayınları. İktidarın İdeolojisi ve İdeolojinin İktidarı, Göran Therborn, İletişim yayınları. Mühendisler ve İdeoloji, Nilüfer Göle, Metis yayınları. Marx'tan Foucault'ya İdeoloji, M. Barret, Sarmal yayınları. İdeolojinin Yüce Nesnesi, Slovaj Zizek, Metis yayınları. Halkevleri: İdeoloji ve Mimarlık, Neşe Gürallar Yeşilkaya, İletişim Yayınları. Məmmədzadə, İ. (2021). Müasir dövrdə liderlik fenomeni və ideologiyanın bəzi problemləri. “Metafizika” jurnalı, 4(4), səh.41-50

İstinadlar

Kateqoriya:İdeologiyalar Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Fikir cərəyanları Kateqoriya:1790-cı illərin neologizmləri Kateqoriya:Tənqid nəzəriyyəsi Kateqoriya:Siyasi terminologiya Kateqoriya:Fəlsəfi nəzəriyyələr Kateqoriya:Sosioloji terminologiya Kateqoriya:Fikir cərəyanları Kateqoriya:Siyasi terminlər