Heydər Əlirza oğlu Əliyev () — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003),Heydar Aliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı (1979, 1983), Yeni Azərbaycan Partiyasının ilk sədri (1992), Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin atası.

Həyatı İlk illəri və təhsili Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.Qasımlı M. C. Heydər Əliyev — istiqlala gedən yol (1969–1987-ci illər). Bakı, Bakı Universiteti nəşriyyatı, 2006. səh. 68. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Ailəsi

1948-ci ildə Zərifə Əliyevayla ailə həyatı qurub.Remembering Zarifa Aliyeva - wife, mother, scientist 12 oktyabr 1955-ci ildə qızı Sevil Əliyeva, 24 dekabr 1961-ci ildə oğlu, Azərbaycan Respublikasının gələcək Prezidenti İlham Əliyev dünyaya gəlib.İlham Heydər oğlu Əliyev left|thumb|Heydər Əliyev gənc yaşlarında

Erkən karyerası Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.Azərbaycan Sovet Ensiklopediyası. IV cild. Bakı-1980. səh. 178. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H. Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.Представление к присвоению воинского звания генерал-майора (SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin 30 oktyabr 1967-ci il, 136 №-li məxfi əmri). — AR MTN muzeyinin materialları.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.TARİX (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti). Bakı-2006. səh. 521.

Moskvada fəaliyyəti 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

O, SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,Депутаты Верховного Совета СССР. Одиннадцатый созыв. Москва-1984. стр. 18. 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),Депутаты Верховного Совета РСФСР. Одиннадцатый созыв. Москва-1987. стр. 11. Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.

Sov. İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Bakıya qayıdışı 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.Naxçıvan ensiklopediyası. Bakı, Elm, 2002. səh. 137. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın ozamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.Naxçıvan ensiklopediyası. Bakı, Elm, 2002. səh. 137–138.

Prezident seçilməsi 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı.Naxçıvan ensiklopediyası. Bakı, Elm, 2002. səh. 138. Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi.

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.Naxçıvan ensiklopediyası. Bakı, Elm, 2002. səh. 139.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Naxçıvan ensiklopediyası. Bakı, Elm, 2002. səh. 140.

Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları, təltifləri və fəxri adları SSRİ dövrü right|thumb|İkiqat Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyev|378x378px İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 24 avqust 1979, 7 may 1983 5 dəfə "Lenin" ordeni — 25 avqust 1971, 8 may 1973, 27 dekabr 1976, 24 avqust 1979, 7 may 1983Ирада Гусейнова. Гейдар Алиев — от политического руководителя к общенациональному лидеру. Баку, "Тахсил", 2005. стр. 67–68. "Oktyabr inqilabı" ordeni — 10 mart 1982 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19 aprel 1985Архивные документы, отражающие политическую деятельность Гейдара Алиева, Документ 19. — в кн. Ирада Гусейнова. Гейдар Алиев — от политического руководителя к общенациональному лидеру. Баку, "Тахсил", 2005. "Qırmızı ulduz" ordeni — 26 may 1962Ирада Гусейнова. Гейдар Алиев — от политического руководителя к общенациональному лидеру. Баку, "Тахсил", 2005. стр. 67. "Georgi Dimitrov" ordeni (Bolqarıstan Xalq Respublikası) — 9 may 1983 "Döyüş xidmətlərinə görə" medalı — 5 noyabr 1954Heydər Əliyev. Təltiflər. Bakı-2004. səh. 10. "Əmək igidliyinə görə" medalı — 27 may 1949Архивные документы, отражающие политическую деятельность Гейдара Алиева, Документ 13. — в кн. Ирада Гусейнова. Гейдар Алиев — от политического руководителя к общенациональному лидеру. Баку, "Тахсил", 2005. "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə rəşadətli əməyə görə" yubiley medalı — 15 aprel 1970 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 7 may 1965 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 25 aprel 1975 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 12 aprel 1985 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 6 iyun 1945 "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı — 22 fevral 1948 "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı — 18 dekabr 1957 "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı — 26 dekabr 1967 "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı — 28 yanvar 1978 "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı — 28 yanvar 1988 "Sovet milislərinin 50 illiyi" yubiley medalı — 20 noyabr 1967 "Kiyevin 1500 illik xatirəsinə" medalı — 17 may 1982 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı — 4 dekabr 1964 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — 9 dekabr 1959 "Qırğızıstan SSR-in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi" xatirə medalı — 1984 "Georgi Dimitrovun anadan olmasının 100 illiyi" yubiley medalı (Bolqarıstan Xalq Respublikası) — 5 oktyabr 1982 "25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti" medalı — 24 yanvar 1985 Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 9 yanvar 1964 Sov. İKP MK-nın "Политическое самообразование" jurnalı redaksiya heyətinin Fəxri Fərmanı — 28 aprel 1982 "Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı" nişanı — 15 aprel 1960 ÜİLKGİ MK-nın "60 il V. İ. Leninin adı ilə" fəxri nişanı — 12 iyul 1984 "ÜFK-DTK-nın 50 illiyi" nişanı — 15 dekabr 1967 "SSRİ Sərhəd Qoşunlarının 50 illiyi" yubiley nişanı — 28 may 1968 "Komsomolsk-Amurun 50 illiyi" yubiley nişanı — 8 iyun 1984

Müstəqillik dövrü