Əkbər mirzə Sultan Məsud mirzə oğlu Qovanlı-Qacar (1885–1975)-Qacar şahzadəsi, vali, diplomat

Həyatı Əkbər mirzə Sultan Məsud mirzə oğlu 1885-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Anası Behcətəssəltənədir. Mükəmməl saray təhsili almışdı. Sarəməddövlə ləqəbini daşıyırdı. İsfəhan, Kirman əyalətlərinin valisi olmuşdu.

Əkbər mirzə 29 sentyabr 1975-ci ildə İsfahanda vəfat edib.

Ailəsi Əkbər mirzə öncə Iftixari-Əzəm xanım Mirzə Ələsgər xan Atabəyi-Əzəm qızı ilə, sonra Məlaikə Afaq xanımla dünya evinə girmişdi. Xosrov mirzə, Əsgər mirzə, Ənvər mirzə adlı oğulları, Viktoriya xanım, Əxtər xanım adlı qızları var.

Mənbə

Həmçinin bax İran Qacarlar Sultan Məsud mirzə Qovanlı-Qacar

Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran parlamentinin üzvləri