Qoşa — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin belə adlandırılması onun coğrafi mövqeyi ilə əlaqədardır. Kənd qarşı–qarşıya duran iki təpədə yerləşdiyinə görə bu cür adlandırılmışdır. Bir sıra tədqiqatlara əsasən toponimikada qoşa say mənasını daşıyaraq "iki" deməkdir. Bu terminin işlənməsi coğrafi obyektin səciyyəsinin konkretləşməsinə xidmət edir.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199914871772009↗167↗81↗86

İqtisadiyyatı Kənd əhalisi əsasən maldarlıqla və kartofçuluqla məşğul olur.

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə Qoşa kənd ümumi orta məktəbi fəaliyyət göstərir.Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az) 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Qoşa kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Çatax (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri