Əli Əkbər Salehi () — İran İslam Respublikasının xarici işlər naziri (13 dekabr 2010 – 15 avqust 2013), İran Atom Enerjisi Təşkilatının rəhbəri (16 iyul 2009 – 13 dekabr 2010; 16 avqust 2013 — h.h.).
Salehi 1949-cu ildə İraqın Kərbəla şəhərində anadan olub. 9 yaşında İrana qayıdıb.
Beyrut Amerika Universitetində mexanika mühəndisliyi üzrə bakalavr dərəcəsini bitirib.
1977-ci ildə ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun nüvə mühəndisliyi doktoru elmi dərəcəsini alıb.
İsfahanın Sənaye Universitetində və İran Atom Enerjisi Təşkilatında işləyib.
Tehran Sənaye Şərif Universitetinin rektoru vəzifəsində çalışib. Məhəmməd Xatəminin prezidentliyi dövründə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi olub.
2007–2009-cu illərdə İslam Konfransı Təşkilatı baş direktorunun müavini vəzifəsində çalışıb. 2009-cu ilin iyul ayından İran Atom Enerjisi Təşkilatının rəisi idi.
2010-cu il dekabrın 13-də İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə xarici işlər naziri təyin olunmuşdur.
Həmçinin bax İran Xarici İşlər nazirləri
Kateqoriya:Kərbəlada doğulanlar Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun məzunları Kateqoriya:XXI əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri