Kamboca bayrağı — Kambocanın dövlət bayrağı.
Kamboca krallığının rəsmi bayrağı ilk dəfə 1948-ci ildə qəbul edilmişdir. 1970-ci ildə imtina edilən bayraq 1993-cü ildə yenidən bərpa edilmişdir. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Mavi rəng monarxiya hakimiyyətini, qırmızı xalqı, ağ rəng isə dini bildirir. Bayrağın tən ortasında isə Anqkor Vat buddist məbədi təsvir edilmişdir. Ümumilikdə isə bayraq özündə Xalq-Din-Monarx triadasını əks etdirir.
Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ağ, göy və qırmızı bayraqlar Kateqoriya:20 oktyabrda yarananlar Kateqoriya:1948-ci ildə yarananlar Kateqoriya:1993-cü ilin bayraqları