Xanagahyolu — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir.

Toponimikası Xanagahyolu oyk., mür. Cağacıq çayı sahilindədir. Oykonim Xanəgah (kənd adı) və yol komponentlərindən düzəlib, "Xanəgah kəndinə gedən yol" mənasındadır. Kənd XX əsrin əvvəllərində Xanəgah kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 97 nəfər əhali yaşayır. Əhalisi tatlardır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri