Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun Çiçi kənd inzibati ərazi dairəsində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir.
Toponimikası Sırt Çiçi oyk., mür. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Sırtçiçi xalçaları
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri