() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbii halda Şimali Amerikanın şərq rayonlarında yayılmışdır. Avropada XVII əsrdən becərilir.

Botaniki xarakteristikası Hündürlüyü 50 m, diametri 160 sm olan iri ağacdır. Çətiri enli piramidal və ya yumurtavarı, seyrəkdir. Gövdəsi düz və hamardır, açıq-boz rəngli qabıq qatı ilə örtülmüşdür. Cavan zoğların qalınlığı isə 3–4 mm olub, çılpaqdır. Nazik iynəyarpaqları açıq-yaşıldır, uzunluğu 5-10 sm olub, 5 ədədi bir dəstədə yığılmışdır və 2-3 il budaqların üzərində qalır. Qozaları ensiz-silindrikdir, uzunluğu 8-16 sm-ə, qalınlığı 2-4 sm-ə çatır, uzun saplaqlarda 1-3 ədəd olmaqla yerləşir. Apofizləri üstdən qabarıqdır. İkinci il yetişir. Bu şam 25 ildən sonra meyvə verməyə başlayır.

Təzə qumlu və gilli torpaqlara üstünlük verir. Quru və qeyri-münbit torpaqlarda bu növ zəif böyüyür. Kölgəyə, küləyə, soyuğa davamlıdır, rütubətsevəndir, isti yay günlərində yarpaqları quruyur. Çox vaxt pas xəstəliyinə yoluxur. Oduncağı yumşaq, yüngüldür, tikintidə binaların bəzədilməsində, mebel, qələm, kibrit, faner, sellüloza istehsalında istifadə edilir.

Azərbaycanda yayılması Zaqatala rayonunun Pərzivan məntəqəsində dağ-meşə torpaqlarında bitir. Bakıda Nəbatat bağında, Gəncədə və Bərdədə ayrı-ayrı nüsxələri vardır. Lənkəran zonasının rütubətli yerlərində, dağ-ətəklərində gilli sarı torpaqlarda toxumla cücərdilib becərilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları