() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii halda Aralıq dənizinin şərqində və Portuqaliyada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6–12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır. Qozalar əmələ gələndən sonra ikinci ilin payızında yetişir. Toxumları yumurtaşəkilli və ya uzunsov-yumurtaşəkillidir. Uzunluğu 3-4 sm, rəngi tünd-boz, qara və ya açıq qonurdur. Yaxşı inkişaf etmiş kök sistemi olan soyuğa (temperaturun 200 C-yə qədər aşağı enməsinə dözür) quraqlığa davamlı ancaq əhəngli quru torpaqlar dözməyən tez böyüyən, isti sevən ağacdır. Suvarılmayan əhəngli torpaqlardan xloroz xəstəliyinə yoluxaraq məhv olur. Rütubətli iqlim şəraitində yaxşı inkişaf etdiyi üçün sahil ətrafı qumluqların yaşıllaşdırlması üçün perspektivli şam növüdür.
Azərbaycanda yayılması Abşeron, Astara-Lənkəran, Balakən, Kür-Araz ovalığında rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Afrika florası Kateqoriya:Fransa florası Kateqoriya:Əlcəzair florası