Bala Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Balakəngərli kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur.
"Xan arxı" adlanan məşhur arx Balakəngərli kəndini iki hissəyə bölür — rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər–Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Balakəngərli kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq–aydın görünür. Kənddə tarixi qəbirlər, əşyalar və s. aşkar edilmişdir. Kəndin yuxarısı ilə çəkilmiş "böyük kanal"ın əkinçilikdə böyük rolu var. Kənddə 2000-dən çox əhali yaşayır, əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdı. Əhalisi isə çok mehriban qonşuluq münasibətləri sürürlər.
1993–1995-ci illərdə ermənilər bu kəndi dəfələrlə atəşə tutmuşlar, lakin işğal edə bilməmişlər. Kəndin əksər evlərinin divar və darvazalarında erməni güllələrinin izi hələ də qalmaqdadır.
Toponimikası Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kiçik olduğuna görə belə adlandırılmışdır. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.107
Əhalisi Əhalisinin sayı 600 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010
İstinadlar
Kateqoriya:Tərtər rayonunun kəndləri