Felyeton (, feuille — "səhifə") – qəzet-jurnal səhifələrində çap olunan əsərlərin, əsasən, satirik şeirin xüsusi növü. Həm nəsr, həm də nəzmlə yazılan felyetonda ictimai həyatın mənfi cəhətləri tənqid olunur və lağa qoyulur. Felyetonun ilk dəfə meydana çıxdığı Fransada keçmiş zamanlarda teatr və ədəbiyyat aləmindəki hadisələrə dair məzəli və kəskin tənqidi məqalələr felyeton adlanırdı.Azərbaycan ədəbiyyarı
Azərbaycanda felyeton janrını ədəbiyyatımıza Cəlil Məmmədquluzadə gətirmişdir. Ədəbiyyatımızda ilk nəsrlə yazılan felyeton C. Məmmədquluzadəyə, ilk nəzmlə yazılan felyeton isə M Ə. Sabirə aiddir.
Mənbə
Kateqoriya:Epik növün janrları Kateqoriya:Jurnalistika janrları Kateqoriya:Satira Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri