Xələfbəyov Məmməd Xələf bəy oğlu (20.6.1898, Şamaxı -9.12.1939) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı Şamaxı realnı məktəbini bitirib (1917), Petroqrad elektrotexnika institutuna daxil olmuş, Fevral inqilabından (1917) sonra Rusiyada baş verən hadisələrlə əlaqədar-təhsilini yarımçıq qoyaraq vətənə qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika-riyaziyyat sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycana dönmüş, 1930-cu illərdə Semaşko adına xəstəxananın cərrahiyyə şöbəsində professor M.Ə.Mirqasımovun yanında işləmişdir. 1930-cu illərin sonlarında repressiyaya məruz qalmış, Kolıma (Rusiya, Maqadan vilayəti) həbs düşərgəsinə göndərilmiş, düşərgə xəstəxanasında həkim işləmişdir. Ölümündən sonra bəraət almışdır. Həmçinin bax Cümhuriyyət tələbələri İstinadlar
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri