Talabıqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Talabıqışlaq oyk, mür. Dağətəyi düzənlikdədir. Kəndi Baş Talabıdan çıxan ailələr yaratmışlar. Bu coğrafi ad Talabı (oyk.) və qışlaq sözlərindən ibarət olub, “Talabı kəndinə məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsi vaxtilə Talabı kəndinə məxsus qışlaq yerində salındığına görə belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi Əhalisi tatlardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1797 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Mədəniyyəti Çox maraqlı toy adətləri var. Bəy tərifi olanda bəyin qabağına qız evi xoruzu konfetlə qoz və fındıq ləpələri ilə bəziyib aparırlar. Bəy evi də bu xonçası qəbul edib onun əvəzində xonçanı gətirənə şirinlik verir. Bəy tərifi zamanı bəyin boynuna çoxlu xələtlər (parçalar) atırlar və hamı bəyi və yanındakı solduş və sağdışı öpür. Əgər bu vaxt bəy üzünü silərsə, onda bəy cərimələnir.

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri