() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Vətəni Mərkəzi və Qərbi Çindir.
Botaniki təsviri HÜndürlüyü 3 m-ə çatan, yarpağını tökən, həmişəyaşıl ağac və ya koldur. Yarpaqları qalın, yumurtavari-uzunsovdan, uzunsov lansetvariyədək dəyişir, parlaq, qırışlı, qalın, boz və ya sarımtıl keçə ilə örtülmüşdür, kənarları bütöv, uzunluğu 19 sm-ə çatan, aydın görünən damarcıqlıdır. Çiçəkləri sarımtıl-boz, uc qalxanvari çiçək qruplarında yerləşib, diametri 20 sm-dək olur. May ayında çiçəkləyir. Çiçək çətrində olan giləmeyvələri müxtəlif vaxtlarda yetişir. Meyvələri yumurtavari, xırda, əvvəlcə qırmızı, sonra qara, parlaq olur. Uzunluğu 0,8 sm-ə çatır.
Ekologiyası Tez böyüyür, kölgəyə, şaxtaya, quraqlığa davamlıdır. Torpağa tələbkar deyil.
Azərbaycanda yayılması Azərbaycanın bir çox rayonlarında yaşıllaşdırmada mədəni şəraitdə rast gəlinir.
İstifadəsi Bağ və parklarda geniş istifadə olunan, gözəl yarpaqlı, həmişəyaşıl başınağacıdır. Yaşıllaşdırmada tək-tək və ya qrup halında əkilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bağ bitkiləri Kateqoriya:25–29 ID olan Taksonbar