Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun Elbir kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.
Toponimikası Ağbil oyk., mür. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd. bulqar dilində "türbə, məzar daşı") komponentlərindən düzəlib, "kiçik türbə, məzar daşı" deməkdir. Xorasan ərazisində qeydə alınmış Akməzar toponimi ilə sinonimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1036 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri