Hicrət () — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmmədin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (və ya onun tətbiq etməsi ilə) Hicrət ili müsəlman təqviminin başlanğıcı elan edildi (638).
Hicri təqvimi
Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş).
Hicri-qəməri təqvimin ayları bunlardır:
Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Məhəmmədin həyatı Kateqoriya:Sentyabrdakı hadisələr Kateqoriya:622-ci ildəki hadisələr Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Şiəlik Kateqoriya:İslam terminləri