Türkiyə Respublikasının (Emblemi) () — Türkiyənin emblemi. Türkiyənin rəsmi gerbi olmadığı üçün pasportlarda və digər dövlət səviyyəli yerlərdə qırmızı rəngli aypara və ulduz istifadə edilir.
Qalereya Digər gerblərGerb variantlarıİstifadəsi
Kateqoriya:Türkiyənin dövlət rəmzləri
Yaranma tarixi 200px|thumb|left|1925-ci ildə Türkiyə üçün təklif edilən gerb. 1922-ci ildə monarxiyanın ləğvi ilə Osmanlı gerbinin istifadəsi ləğv edildi və bayraqdakı aypara və ulduz qəbul edildi.
1925-ci ildə Təhsil Nazirliyi fərqli bir dövlət gerbini müəyyən etmək üçün müsabiqə təşkil etdi və rəssam Namık İsmayılın dizayn etdiyi gerb birinci yeri qazandı. Türklərin simvolu hesab edilən canavar fiqurunun təsvir olunduğu bu gerb heç vaxt rəsmi olaraq qeydiyyata alınmadı və heç vaxt istifadə edilmədi. Bunun əvəzinə, yalnız aypara və ulduz gerb kimi istifadə edilməyə davam edildi və şəxsiyyət vəsiqələri və pasportlar müvafiq olaraq dizayn edildi.
2014-cü ilin avqust ayında hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən Şanlıurfa millət vəkili Zeynep Karahan Uslu, 30 digər millət vəkili ilə birlikdə, yeni gerbi rəsmi olaraq dizayn etmək üçün partiyasının parlament qrup rəhbərliyinə "Türkiyə Respublikasının Rəsmi Gerbinin Təyin Edilməsi Haqqında Qanun Layihəsi" təqdim etdi. Kateqoriya:Dövlət emblemləri